Yuxarı

Köçəryanın Türkiyə qorxusu: II Qarabağ savaşı?..

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robert Köçəryanı son zamanlar Qarabağ münaqişəsi ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyini tez-tez tənqid edir. Xüsusilə də Paşinyan administrasiyasının populist və yersiz aqressiv siyasət aparmasını birmənalı olaraq pisləyir. Düşünürəm, Köçəryan yenidən Qarabağ münaqişəsindən istifadə edərək, hakimiyyətə gəlmək istəyir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın bir qrup politoloqla birlikdə keçirdiyi görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən son proseslər haqda səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, Köçəryan özü də mübahisəli bir şəxsdir:

“Yəni el deyimi ilə desək, ilanın ağına da lənət, qarasına da. Təcrübə onu göstərir ki, Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, münaqişənin həllində əsaslı bir dönüş etməkdənsə, prosesi uzatmağa üstünlük verir. Lakin realist yanaşmalı olsaq, deyə bilərəm ki, Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın hakimiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi istiqamətində uğurlu bir dövr hesab etmək olar. Hansı ki, onun hakimiyyəti zamanında həm münaqişə tərəfləri tez-tez görüşür, həm də Minsk Qrupunun aktivliyi müşahidə edilirdi. Lakin ondan sonra hakimiyyətə gələnlər münaqişənin danışıqlar yolu ilə həllindən birmənalı şəkildə imtina etdi. Xüsusilə Nikol Paşinyanın açıq müharibə hədələri, populist bəyanatları bunun bariz sübutudur.

Etiraf etmək lazımdır ki, münaqişənin müharibə variantı bu gün daha realdır. Azərbaycanın torpaqlarını müharibə ilə geri qaytarmaq üçün lazımi imkanları da var. Bu bir gerçəklikdir ki, İkinci Qarabağ savaşı Ermənistan üçün dağıdıcı olacaq və itkiləri təkcə Qarabağla kifayətlənməyəcək. Bunu Köçəryan da yaxşı anlayır və əslində səsləndirdiyi fikirlər hazırki hakimiyyət üçün xəbərdarlıq mahiyyəti daşıyır”.

Politoloqun sözlərinə görə, Robert Köçəryan son vaxtlar Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə düzgün bir yanaşma sərgiləyib:

“Köçəryan deyib ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq, həmçinin bu hazırlığın belə nümayişi olmamışdı. Doğrudur, lakin bu gün görülən hazırlıqlar Ermənistan üçün deyil. Çünki Ermənistandan fərqli olaraq, təkbətək müharibədə bizim Türkiyənin köməyinə ehtiyacımız yoxdur. Qardaş Türkiyənin son zamanlar Azərbaycana daha çox dəstəyini ifadə etməsi, ehtimal olunan müharibə zamanı üçüncü bir ölkənin Ermənistana kömək etməsinin qarşısını almaq üçündür. Türkiyə müəyyən dərəcədə Rusiyanı tarazlaşdırmağa çalışır.

Faktiki olaraq Rusiya Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Rəsmi Ankara bu gün öz mövcudluğunu çox praktik, cəsarətli, tədrici addımlarla möhkəmləndirməyə çalışır və nümayiş etdirmək istəyir ki, burada heç kim onsuz ciddi bir addım ata bilməsin”.

Tarix
2020.09.19 / 15:51
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək - Paşinyan

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla