Yuxarı

Nazirin tapşırığı: Ordumuz əks-hücuma hazırlaşır? - Polkovnik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab nazir əmr verdi. Ordumuz nəinki düşmənin hər hansı təxribatının qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu o deməkdir ki, Ermənistan silahlı qüvələrinin təmas xəttində növbəti bir hücum cəhdinin qarşısı təkcə sərt şəkildə alınmayacaq, eyni zamanda bu, əks-hücüma səbəb olacaq.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirərkən səsləndirdiyi fikirlər haqda danışarkən deyib.

Ş.Ramaldanov bildirib ki, bu gün Ordumuzun gördüyü bütün tədbirlər düşmən tərəfindən ola biləcək hücum, təxribat, lokal müharibə versiyaları üzərindən qiymətləndirilib təhlil edilir:

“General-polkovnik Zakir Həsənov bundan öncəki müşavirələrdə də bu və bu kimi tapşırıqlar vermişdi. Lakin bu da bir gerçəkdir ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətinin olduğundan xəbər verir. Buna görə də cənab nazir Ordumuza düşmənin hər hansı təxribatının qarşısını almaq üçün tam hazır olmaq əmri verdi”.

Polkovnik deyib ki, Ermənistan tərəfindən hər an təxribat gözlənilir:

“Məsələ ondadır ki, bu gün Ermənistanda iqtisadi, siyasi, sosial vəziyyət olduqca pis vəziyyətdədir. Xalq kütləvi şəkildə hakimiyyətə qarşı etirazlar edir. Belə bir zamanda Ermənistan hakimiyyəti də ənənəvi taktikasına əl ataraq cəbhə xəttində vəziyyəti gərginləşdirir. Bu yolla daxili auditoriyanın fikrini yayındıraraq müharibə təəssüratı yaratmaq istəyir. Bunu Tovuz hadisələri zamanı müşahidə etdik.

Ermənistan bu gün geniş müharibəyə hazırlaşır. Bu mənada ölkədə qismən səfərbərlik elan edilib. Bundan əlavə, xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu bu istiqamətdə çalışır. Yaxın Şərqdə yaşayan ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarına köçməsi cəhdləri edilir. Son olaraq isə İraq və Suriyada fəaliyyət göstərən PKK terrorçularının muzdlu orduya cəlb edilməsi Ermənistanın işğalçı niyyətinin göstəricisidir.

Ermənistan ordusu bu gün muzdlu qüvvələrə daha çox ehtiyac duyur. Çünki orduda ciddi canlı qüvvə ehtiyacı yaşanır. Digər tərəfdən, erməni anaları Ermənistanın hər təxribat cəhdindən sonra övladlarının ölümünə görə hakimiyyətə qarşı etirazını bildirir. Bu mənada erməni ordusu muzdlu qüvvələrə üstünlük verir.

Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan növbəti irimiqyaslı bir təxribata hazırlaşır. Lakin bu, ciddi bir siyasi-hərbi səhv olacaq. Çünki belə bir addımın cavabı Aprel döyüşlərindən qatbaqat ağır olacaq. Artıq bununla bağlı bütün hərbi birləşmələrə müvafiq göstəriş və tapşırıqlar verilib. Düşmənin hücum cəhdinə qarşı əks-hücumla cavab veriləcək”.

Tarix
2020.09.19 / 16:47
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla