Yuxarı

Əliyevin düşmənə sərt mesajı Misirdə gündəm oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin düşmənə sərt mesajı Misirdə gündəm oldu

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi mühüm açıqlamalar Misir mətbuatının da diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, Misirin “Asyaelyoum” informasiya agentliyi və “Aldiplomasy” nəşri dövlətimizin başçısının müsahibəsinə geniş yer ayırıb, oxuculara Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasəti haqqında fikirləri çatdırılıb.

Qeyd olunur ki, Cənubi Qafqaz regionunda vəziyyətdən danışan Prezident İlham Əliyev təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin fikirlər səsləndirib. Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib: “Ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir”.

Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparması, təcavüzkar ölkənin cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə Azərbaycan Prezidentinin fikirləri Misir ictimaiyyətinə çatdırılıb.

Tarix
2020.09.21 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla