Yuxarı

Prezidentdən Qarabağ mesajı, İranın düşmənə yardımı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ermənistan təxribatına genişmiqyaslı müharibə ilə cavab verə bilərdik, lakin vermədik. Bu, bizim münaqişəyə adekvat və konstruktiv yanaşma tərzimizi göstərir. Rəsmi İrəvan müharibə ritorikasından əl çəkməlidir.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident bu müsahibəsində olduqca önəmli məqamlara toxundu:

“Ölkə başçısı öncə onu vurğuladı ki, Ermənistan rəhbərliyi faktiki olaraq müharibəyə hazırlaşır. Məsələ ondadır ki, bu gün biz bütün prosesləri yaxından izləyirik. Hazırda təmas xəttində geniş bir hərəkətlilik müşahidə olunmalıdır. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi bu və bu kimi əməllərlə çalışır ki, danışıqlar prosesi tam iflasa uğrasın. Yəni hazırda baş verən gərginlik və bu gərginliyin son nəticəsinin məsuliyyətini birbaşa Ermənistan rəhbərliyi daşıyır.

Ölkə başçısı bildirdi ki, danışıqlar prosesi naminə nəticəsiz danışıqlar bizə lazım deyil. Prezidentin bu fikirləri tamamilə doğrudur. Çünki bu gün faktiki olaraq danışıqlar prosesi deyilən bir şey yoxdur. Ermənistan birmənalı olaraq danışıqlardan imtina edib.

Prezident öz çıxışında qeyd etdi ki, bizim Ermənistanın ərazilərini ələ keçirmək niyyətimiz yoxdur. Hesab edirəm, bu önəmli məsələdir, çünki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Ermənistan əgər bu cür hərbi ritorikaya davam edərsə, Azərbaycan da öz hərbi konsepsiyasına yenidən baxa bilər”.

E.Nəsirovun sözlərinə görə, ölkə başçısı Ermənistana dəstək verən ölkələr haqda danışıb:

“Prezident çıxışı zamanı bir müddət öncə Rusiya və Serbiyanın Ermənistana silah yardımı etməsi haqda danışdı. Həqiqətən bu çox təəssüfverici bir haldır. Xüsusilə Rusiya kimi həmsədr ölkənin bu gün Ermənistana külli miqdarda silah daşıması münaqişənin sülh yolla həllinə böyük zərbə vurması deməkdir.

Təəssüf ki, bu istiqamətdə İran da gözləntiləri doğrultmur. Rəsmi Tehranın Azərbaycanın düşmənlərinə yardım etməsi doğru deyil. Ermənistan faktiki olaraq müsəlman bir ölkənin torpağını işğal edib. Onlar işğal altındakı Dağlıq Qarabağda islam dünyasının tarixi abidələrini tanınmaz hala salır, məscidləri heyvanlar üçün istifadə edirlər, İran isə Ermənistana dəstək verir”.

Tarix
2020.09.21 / 16:18
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla