Axar.az
Yuxarı

Ərdoğanın müşaviri: İrəvan bu yolu ələ keçirmək istəyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əlinə batan tikanı Türkiyə ürəyində hiss edər.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Azərbaycan-Ermənistan sərhəd xəttindəki gərginliklə bağlı danışan Y.Topçu bildirib ki, Nemes-Daşnaq-Xınçaq-Asala zehniyyəti ilə hərəkət edən Ermənistan hökuməti öz xalqını yoxsulluq və qeyri-sabitliyə məhkum etmək bahasına BMT-nin qətnamələrini tanımır və işğal etdiyi Dağlıq Qarabağdan çəkilməməklə yanaşı, Tovuz bölgəsində təxribatlar törətməyə çalışır:

“Ermənistan Azərbaycan ilə Türkiyənin yeganə quru yolunu da ələ keçirib iki ölkənin ortaq enerji nəqliyyatı xətlərinə nəzarət etmək istəyir. Ermənistanın öz xalqına yaşatdığı siyasi və iqtisadi böhran bu cür hücumları ört-basdır etmək və iqtidarına davam etmək niyyəti daşıyır”.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “bu hücumlar Ermənistanın boyunu aşar. Məqsəd həm Dağlıq Qarabağda həll yolunu tıxamaq, həm də yeni toqquşma ortaya çıxarmaqdır. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər növ hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək” bəyanatı türk dövləti və millətinin mövqeyinin ifadəsidir.

Y.Topçu vurğulayıb ki, BMT və Avropa İttifaqı Ermənistana qarşı bölgənin və dünyanın sülhü üçün dərhal lazımi mövqeyi sərgiləməlidir.

Tarix
2020.09.23 / 22:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Çavuşoğlunun müavini Moskvaya gedir – Səbəb

Hikmət Hacıyevdən Sərkisyana cavab: Uşaq qatili…

İşğaldan azad edilən ərazilərimizin - Tam siyahısı

Bayramov Çavuşoğlu ilə danışdı: Sülh üçün bu lazımdır

İrəvandan Moskvaya növbəti xəyanət: NATO-ya doğru...

Prezident elan etdi: 21 kənd, 1 qəsəbə azad edildi

Qalından Qarabağ açıqlaması: Kimin savaş istədiyi bəllidir

Sərkisyan: Güllə danışdıq, Ərdoğan isə şərt qoydu - Video

Bu ərazilərin azad olunması tarixi qələbədir - Polkovnik

İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla