Yuxarı

Zurabişvili İlham Əliyev və xanımını Tiflisə dəvət etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:38

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.

Axar.az Report-a istinadən xəbər verir ki, görüş dövlət başçısının Orbeliani sarayında keçirilib.

"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir", - bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.

Dövlət başçısı əminlik ifadə edib ki, bu prosesə heç nə və heç kim mane ola bilməz.

Görüşdə C.Bayramov Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti olaraq dəstəklədiyini bildirib. S.Zurabişvili də öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib.

Prezidentin sözlərinə görə, Gürcüstan bölgədə sülh və sabitliyi təşfiq edən platforma olmağa hazırdır.

Tərəflər həmçinin iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni əlaqələrin dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər, Gürcüstan və Azərbaycanın dost ölkələr və strateji tərəfdaşlar olduğunu vurğulayıblar.

S.Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Gürcüstana səfərə dəvət edib.

Tarix
2020.09.24 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla