Yuxarı

Ermənistan daha bir təxribata əl atmaqla... – Gürcü ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi daha bir təxribata əl atmaqla bir daha sübüt etdi ki, onlar regionda sülhün olmasında maraqlı deyillər.

Axar.az xəbər verir ki, bunu Trend-ə gürcüstanlı ekspert Quram Marxuliya deyib.

Qarabağda separatçı rejimə nəzarət edən Ermənistan hakimiyyəti qırmızı xətti keçib, baxmayaraq ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra bütün bu illər ərzində Bakı səbrlə münaqişənin sülh yolu ilə həllinə çalışıb.

O qeyd edib ki, məhz buna görə ermənistanlı rəhbərlər öz diasporlarına müraciət edir, dünya ictimaiyyətini işğal olunmuş ərazilərin Ermənistan ərazisi olduğuna inandırmaq üçün Livandan ailələri köçürür.

Ekspert bildirib ki, hətta Livan və Suriyadan olan qaçqınlar da işğal olunmuş Qarabağa köçmək istəmir, çünki buranı erməni əraziləri hesab etmir:

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin azad edilməsi barədə dörd qətnaməsinin icra olunmadığını bir daha vurğuladı. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə aktivlik nümayiş etdirmir. Erməni ASALA terror təşkilatına gəldikdə isə, onun qanlı imici hamıya məlumdur”.

Ekspertin sözlərinə görə, təcavüzkar layiqli cavabını almalıdır. Bundan sonra hərbi təxribatların qarşısı qətiyyətlə alınmasa, İrəvan rejimi "sonuncu erməniyə qədər" müharibəni davam etdirməli olacaq:

“Bəs ermənilər öz destruktiv mövqeyinin və siyasətinin nəticələrini başa düşürmü? Kim Ermənistana 100 faizli təminat verə bilər ki, əsas geosiyasi iştirakçılar Azərbaycanı erməni təxribatına cavab verərkən dayandırmağa çalışacaq. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün bu hüquqa sahibdir”.

Tarix
2020.09.27 / 10:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla