Yuxarı

Diplomatlarımız gürcü mediasını məlumatlandırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı diplomatlar Gürcüstan ictimaiyyətini erməni təxribatı barədə məlumatlandırıb.

Axar.az “24News.ge”yə istinadla xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində cəbhə xəttindəki vəziyyətə həsr olunan xüsusi brifinq keçirilib.

Səfirliyin məsul əməkdaşları Gürcüstanın mətbuat nümayəndələrinə Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları barədə ətraflı məlumat təqdim ediblər.

Səfirliyin müşaviri Eldar Bayramov bildirib ki, ötən gün Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçiblər. O vurğulayıb ki, ermənilərin yaşayış məntəqələrini və mülki obyektləri atəşə tutması nəticəsində Azərbaycanın mülki vətəndaşları arasında ölən və yaralananlar var, yaşayış evləri atəşə məruz qalıb:

“Ermənistan dinc sakinləri hədəfə almaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Ermənistanın siyasi-hərbi rəhbərliyi yeni hərbi təxribata əl atıb. Hazırkı vəziyyət və nəticələrlə bağlı məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Tarix
2020.09.28 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla