Yuxarı

İlham Əliyev buna görə Ərdoğana təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana “Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu”nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirir:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla, qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir. Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olmuşdur. Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd etmişdir. Azərbaycan və Türkiyə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir”.

Tarix
2020.09.28 / 19:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla