Yuxarı

Kanada və Britaniya Qarabağla bağlı bəyanat yaydı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanada və Britaniya Qarabağla bağlı bəyanat yaydı

Kanada və Böyük Britaniya Xarici İşlər nazirləri Fransua-Filipp Şampan və Dominik Raab Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki son hadisələrlə əlaqədar birgə bəyanat yayıblar.

Axar.az Trend-ə istinadən bəyanatın mətnini təqdim edir:

"Kanada və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən çox narahatdırlar. Yaşayış məntəqələrinin atəşə tutulması və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatlar dərin narahatlıq doğurur. Hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəsə əməl olunmasına və mülki şəxslərin qorunmasına çağırırıq. Dağlıq Qarabağdakı münaqişənin istənilən həlli zorakılığın qəbul edilməməsi prinsipinə əsaslanmalı və ATƏT-in Minsk Qrupu tərəfindən müəyyən edilmiş çərçivədə danışıqlar və sülh yolu ilə həll edilməlidir. Biz ATƏT-in Minsk Qrupunun işini və həmsədrlərin dünənki bəyanatını tam dəstəkləyirik”.

Tarix
2020.09.29 / 03:38
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla