Yuxarı

Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.09.30, 00:40

Sentyabrın 29-da ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya tərəfinin təşəbbüsü ilə RF Xarici İşlər Nazirliyində Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Azərbaycanın Moskvadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, A.Rudenko Rusiyada yaşayan çoxsaylı azərbaycanlıların rolunu, onların yeni müəssisələr açılması və yeni iş yerləri yaradılması yolu ilə ölkə iqtisadiyyatına dəyərli töhfələr verməsini xüsusi vurğulayıb. Bununla bərabər, qeyd edilib ki, indiki vaxtda Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının genişlənməsi ilə əlaqədar yaranmış millətlərarası gərginliyin Rusiya Federasiyası ərazisinə yayılmasına yol verməmək üçün zəruri tədbirlər görülməlidir.

A.Qorovoy vurğulayıb ki, Rusiya DİN hər iki icmanın nümayəndələri tərəfindən RF ərazisində törədilə biləcək hər hansı təxribatların qarşısını almaq üçün saxlama, həbs, vətəndaşlıqdan məhrumetmə və ölkədən çıxarma da daxil olmaqla, ən sərt tədbirlər görüləcək. Nazir müavini Rusiya ərazisində olan, RF vətəndaşlığını qəbul etmiş, müvəqqəti yaşama üçün icazə, yaşama üçün icazə və patent almış Azərbaycan vətəndaşlarının sayı, habelə Rusiya ərazisindən deportasiya edilmiş və çıxarılmış şəxslərin sayı barədə statistik informasiya da təqdim edib.

Görüşdə Rusiya tərəfi Azərbaycan səfirliyinin Rusiya ərazisindəki həmvətənlərinə və diaspor təşkilatlarına müraciət edərək Rusiya Federasiyasının norma və qanunlarına əməl etmək çağırışını müsbət qiymətləndirib.

Səfirlik Rusiya Federasiyasının ərazisində yaşayan bütün soydaşlarımızı bir daha hər hansı hüquqazidd əməllərdən çəkinməyə, Rusiya qanunvericiliyinə riayət etməyə və yalnız qanun çərçivəsində hərəkət etməyə çağırır.

Tarix
2020.09.30 / 12:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla