Yuxarı

Əsas beynəlxalq təşkilatlar bizi dəstəkləyir - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsas beynəlxalq təşkilatlar bizi dəstəkləyir - Prezident

Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bildirib.

“BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə gəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəs internetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik”, - İlham Əliyev deyib.

Tarix
2020.09.30 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla