Yuxarı

Fransa İrəvana dəstəyi dayandırmalıdır... - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşması heç də konstruktiv deyil. Öz daxilində də separatizm ocaqları olan bir dövlət kimi Fransa beynəlxalq qanunların tərəfində dayanmalı, işğalçını adı ilə çağırmalı və separatizmi pisləməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Fransanın hazırkı birtərəfli mövqeyi onun vasitəçilik missiyasına ziddir:

“Rəsmi Paris Ermənistana verdiyi dəstəkdən əl çəkməlidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın beynəlxalq hüquq ilə təsdiqlənən torpaqlarıdır. Onu da qeyd edim ki, rəsmi Paris də Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Belə halda Ermənistana və onun işğalçılıq siyasətinə dəstək verməsi başadüşülən deyil.

Bu gün Fransa da Avropanın bir çox dövlətləri kimi separatçı ünsürlər ilə mübarizə aparır. Fransada Korsika, Burqundiya, Bretonya kimi separatçı ocaqları var. Bu mənada Fransanın separatizmə dəstəyi gələcəkdə onun özünə qarşı çevrilə bilər”.

Politoloq bildirib ki, Azərbaycan Fransaya həmsədr dövlət kimi, eyni zamanda, beynəlxalq nizamın qorunmasındakı xidmətlərinə görə hər zaman hörmət edib:

“Ona görə də Fransa həm Minsk Qrupunun həmsədri, həm də beynəlxalq nüfuzunu qorumaq üçün separatizmi dəstəkləməkdən imtina etməlidir”.

Tarix
2020.10.01 / 17:30
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla