Yuxarı

Stoyanov və Tkeşelaşvili İlham Əliyevə məktub göndərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov və 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Xarici İşlər naziri Eka Tkeşelaşvili Prezident İlham Əliyevə məktub göndəriblər.

Axar.az məktubun mətnini təqdim edir:

“Zati-aliləri, Nizami Gəncəvinin vətəni olan Azərbaycanın Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri adından dərin hüznlə başsağlığımızı bildiririk.

Biz də beynəlxalq ictimaiyyətin bir parçası kimi, 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasının son günlərdə pozulması ilə bağlı narahatlığımızı və kədərimizi ifadə edirik. Hazırkı vəziyyətin davam etməsi bütün bölgənin sabitliyi üçün təhdiddir və üçüncü tərəflərin münaqişəyə cəlb edilməsi daim bir təhlükə olaraq qalmaqdadır.

BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin icrasına dəstək məqsədilə ehtiyac yaranarsa və faydalı olarsa, məsələnin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində davamlı və sülh yolu ilə həlli üçün birgə təcrübəmizlə kömək göstərməyə hazırıq.

Biz həmsədrlərimiz və Baş katibimizlə koordinasiyalı şəkildə işləyərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu məsələ ilə bağlı beynəlxalq aləmdə təbliğat aparmaq üçün həftəlik videokonfranslar təşkil edirik.

Cənab Prezident, kədər hisslərimizlə yanaşı, xahiş edirik, Sizə olan dərin hörmət və ehtiramımızı da qəbul edəsiniz”.

Tarix
2020.10.13 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla