Yuxarı

Zülfüqarov açıqladı: Qarabağ üçün yeni format... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zülfüqarov açıqladı: Qarabağ üçün yeni format... - Video

09:00

Rusiya və Türkiyə Suriya münaqişəsində olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də ortaq hərəkət etməlidir.

Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bundan sonra münaqişənin nizamlanmasında daha fərqli formatlara üstünlük verəcək:

“Rusiya faktiki olaraq Türkiyənin münaqişədəki yerini və rolunu anlayır. Bu mənada bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti elə də məqbul sayılmayacaq. Amma istisna etmirəm ki, indi Rusiya hansısa seçim qarşısındadır. Çünki bəllidir ki, Rusiya və Türkiyə digər regionlarda olduğu kimi, özünəməxsus bir format təşkil edə bilərlər.

Hazırda Ermənistan tərəfi və digər qüvvələr istəyirlər ki, tez bir zamanda atəşkəs rejimi bərpa olunsun. Atəşkəs isə yalnız Türkiyə və Rusiyanın danışıqlarda iştirakı ilə mümkün ola bilər. Təbii ki, ermənilər buna qarşı çıxacaq. Amma Rusiya üçün Türkiyə daha yaxşı partnyordur, nəinki hansısa Qərb ölkəsi. Bu baxımdan onların ayrıca format seçməsi iki tərəfin marağındadır”.

Tarix
2020.10.16 / 10:58
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla