Axar.az
Yuxarı

Ermənistana xüsusi sanksiyalar tətbiq edilə bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlara atılan kaset bombalarına və ballistik raketlərə görə bu dövlətə qarşı BMT Nizamnaməsinin VII Fəslinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov söyləyib. O bildirib ki, bunun üçün beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyalarını qeyd etmək olar.

“Sanksiyalardan danışanda biz daha çox BMT Nizamnaməsinin 39-51 maddələrini qeyd etməliyik. Həmin sanksiyalar dövlətlərə hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaların pozulmasına, insanlığa qarşı cinayətlər törədilməsinə (soyqırımı) yönələn qərarlar verdiyinə görə tətbiq edilir. BMT Təhlükəsizlik Şurası ədalətin bərqərar olunması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulması, dəmiryol və nəqliyyat əlaqələrinin dayandırılması, xaricdə bank hesablarının dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.

Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Tribunal – beynəlxalq statusa malik müstəqil məhkəmə orqanıdır.

1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının mülki əhalisinə qarşı bakterioloji və zəhərli silahlardan istifadə etməsi faktına görə dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət edilib. Bu günlərdə də Gəncənin və digər rayonların mülki əhalisinə kaset bombalar və raketlər atılması beynəlxalq humanitar normaları və 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur.

Ermənistan hökumətini və silahlı qüvvələrini idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.

Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlərin qəbul edilməsi mümkündür. Məsələn, Ermənistanla Avropa Şurasının ölkələri arasında nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökuməti rəhbərlərinin xarici ölkələrdə olan bank hesabların dondurulması, Avropa Şurası Parlament Assambleyasında iştirakının dayandırılması və s.

Beynəlxalq təşkilatların Ermənistana qarşı müvafiq qərarlar qəbul etməsi üçün Azərbaycan hökuməti tərəfindən vacib dəlillər və faktlar toplanılıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlər görülür. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.

Biz əminik ki, yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcəklər. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var.

Tarix
2020.10.16 / 09:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putinlə Ərdoğan danışdı: Qarabağ müzakirəsi...

Akopyanın 13 qadınla döyüşə girməkliyi: “Plan-2”

Ermənilər bu əfsanə ilə yatıb-dururdular - Krutikov

Gürcüstandakı din xadimlərindən Prezidentə məktub

Bu əməliyyat dünya hərb tarixinə düşəcək - Azay Quliyev

Oljas Süleymenov Qarabağdan danışdı

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Düşmən onları Ordumuza qarşı istifadə edir - Hacıyev

İşğalçı ilə işğal qurbanını eyni müstəviyə qoymaq... - Nazir

Ermənistanın hərbi itkilərinin dəyəri açıqlandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla