Yuxarı

Pompeonun Qarabağ açıqlaması: İrəvan nəyə “sevinir”?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeonun dünən ABŞ-ın WSB radiosuna verdiyi qısa müsahibə ermənilərdə sevincə, azərbaycanlılarda isə təəssüfə səbəb oldu. Bu müsahibə bir baxımdan onə görə önəmli idi ki, ABŞ dövlət rəsmisi savaş başladıqdan bu yana ilk dəfə Qarabağ konflikti ilə bağlı rəsmi, ütülü cümlələr yerinə nisbətən daha açıq mövqe sərgiləmiş olurdu.

Pompeonun müsahibədə “ermənilərin Azərbaycanın hücumuna davam gətirəcəyini ümid edirik” sözlərini deməsi azərbaycanlıları ən çox “yaralayan” məqam oldu. Bunun da nəticəsi sosial şəbəkələrdə özünü açıq şəkildə göstərdi.

Bəs Pompeonun səsləndirdiyi ifadələr əsl mənası nədir? Ermənilər nəyə “sevinib”, manşet atırlar?

Əvvəla, Pompeonun “ermənilərin müdafiə oluna biləcəklərinə ümid edirik” sözündə erməniləri müdafiə edəcək hansısa ifadə yoxdur. İlk baxışdan görünən odur ki, Pompeonun səsləndirdiyi ifadələr diqqətlə seçilib. Belə ki, Paşinyan müsahibədə Dağlıq Qarabağ ifadəsini səsləndirsə də, buranı nə dövlət, nə də ermənilərin olduğu ərazi kimi göstərir. Faktiki olaraq, Pompeo Dağlıq Qarabağa aid heç nə demir.

Digər tərəfdən konfliktlə bağlı səsləndirdiyi məşhur cümlədə Pompeo bilərəkdən ermənilər ifadəsindən yararlanır. Yəni sırf “Dağlıq Qarabağın erməni” əhalisi yox, sadəcə, “ermənilər” sözünü işlədir ki, bu da konfliktdə ABŞ-ın tərəf kimi qondarma rejimi yox, Ermənistanı tanıması anlamına gəlir.

Üstəlik, həmin müsahibədə başqa məqam Pompeonun bir dəfə də Azərbaycanın hücumları və savaşa başlaması kimi ifadələri səsləndirməməsidir. Sözləri diqqətlə seçən Dövlət katibi hətta “ermənilərin müdafiəsi” ilə bağlı fikirdə belə ermənilərin Azərbaycan Respublikasının hücumundan yox, “azərbaycanlıların etdiklərindən” ifadəsini səsləndirir.

“Ermənilərin müdafiə oluna biləcəklərinə ümid edirik” ifadəsinin başqa açıqlaması isə bir çoxlarımızın başa düşdüyü kimi “ABŞ erməniləri müdafiə edir” anlamında deyil. Pompeo bu ifadə ilə rəsmən ABŞ-ın bu savaşda ermənilərin yanında olmadığını dilə gətirir. Daha kobud formada ifadə etsək, Pompeo ermənilərə belə deyi: “Bizə bel bağlamayın. Başınıza çarə qılın”.

Ortaya çıxan başqa maraqlı sual Pompeonun niyə bu sözləri açıq şəkildə yox, məhz bu cür manevrlər edərək söyləməsidir. Bunun da səbəbi çox sadədir. Belə ki, noyabrın 3-də ABŞ-da prezident seçkisidir və sorğulara əsasən, Donald Tramp hələ ki, özünün əsas rəqibi Cozef Baydendən bir qədər geridədir. Trampdan fərqli olaraq erməni lobbisi ilə sıx əlaqələri olan və erməni diasporunun səslərinə tamah salan Bayden artıq iki dəfə Qarabağla bağlı fikir səsləndirib. Tramp isə indiyə qədər yalnız bircə dəfə Qarabağa dair açıqlama verib ki, ondan da hansısa nəticə çıxarmaq mümkün deyil. Doğrudur, seçkidə yenidən qalib gəlməyi planlaşdıran hazırkı liderin indiki dönəmdə əsas hədəf kütləsi ermənilər deyil, amma bununla belə, Tramp həm də seçkiyə bir aydan az qalmış dönəmdə səs faizlərinin daha çox böyüməsini və ölkədə güclü təsir imkanları olan erməni lobbisinin qızışdırılmasını istəmir. Məhz buna görədir ki, Pompeo çıxır və sözləri çox dəqiq seçilmiş ifadələrlə erməni diasporunun sadəcə könlünü almağa çalışır.

Pompeonun açıqlamasında “üçüncü tərəflər” ifadəsinə gəlincə isə: bu ifadənin hədəfi təkcə Türkiyə deyil. Görünən odur ki, ABŞ hazırkı açıqlaması ilə həm də Rusiyaya mesaj göndərmiş olur və onu savaşda iştirak fikrindən (hətta bu fikir varsa - red.) yayınmasını dolayısı yolla tələb etmiş olur. Bunu sübut edən əsas məsələ isə Pompeonun sözlərindən dərhal sonra Paşinyanın İsveçrənin RTS televiziyasına verdiyi müsahibədir. Belə ki, Nikol bu müsahibədə israrla ABŞ və Fransanın hazırkı konfliktdə Rusiyanı müdafiə etməli olduğunu deyir. Bu da göstərir ki, Ermənistan hələ də Vaşinqtondan dəstək ala bilmir.

Bir sözlə, ABŞ hazırkı konfliktdə tamamilə bitərəfdir. Vaşinqton böyük ehtimalla prosesin hansı yönə getdiyini yaxşı bilir və indiki halda mümkün olarsa, qazananın və haqlının yanında yer alaraq, özünün regionla bağlı planını onun üzərindən reallaşdırmağa çalışır.

Tarix
2020.10.16 / 13:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla