Yuxarı

İrəvana qarşı yeni koalisiya qurulmalıdır – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanı suriyalı, iraqlı, liviyalı, əfqanıstanlı radikal muzdlulardan istifadə etməkdə təqsirləndirən Qərb mediası anlamalıdır ki, Azərbaycanın yox, Ermənistanın buna ehtiyacı var. Azərbaycan tam tərkibli bir səfərbərlik elan etsə, rahatlıqla bir milyon canlı qüvvə toplamaq potensialına malikdir. Ermənistan isə 100 min canlı qüvvə belə toplamaq gücündə deyil. Məntiqlə düşünsək, görərik ki, kimin terrorçuların köməyinə ehtiyacı var.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın muzdlu döyüşçüləri regiona cəlb etməsi və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Ordusunun sülhə məcburetmə əməliyyatına başlaması ilə Ermənistan silahlı qüvvələri hərbi texnika, eləcə də canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb:

“Ermənistan hərbi-siyasi rəhbərliyi indiki halda muzdlu döyüşçüləri və terrorçuları cəbhə zonasına intensiv şəkildə cəlb etməklə ordusundakı itkilərin yerini doldurmağa çalışır. Bu gün Ermənistanın regiona müxtəlif terror təşkilatlarını cəlb etməsinin səbəbi aydındır. Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları Ermənistan ordusunda ciddi canlı qüvvə əskikliyi yaradıb. Rəsmi İrəvan bu əskikliyi kompensasiya etməyə çalışır”.

Politoloq bildirib ki, Ermənistan Cənubi Qafqazı dünyanın yeni terror mərkəzi halına gətirməyə çalışır:

“Bu ölkə öz fantastik, həqiqətə uyğun olmayan maraqları uğrunda bütöv bir regionu və region ölkələrini terror problemi ilə üz-üzə qoymağı gözə ala bilir. BMT və digər mötəbər qurumlar Ermənistanın bu kimi fəaliyyətlərini dayandırmaq üçün dərhal hərəkətə keçməlidir. Bu gün Azərbaycan işğal altındakı torpaqlarını azad etməklə yanaşı, həm də erməni terroruna qarşı mübarizə aparır. Bu mənada regionda terrorla mübarizə aparan bütün dövlətlər Ermənistana qarşı anti-terror koalisiyası qurmalı və dərhal hərbi əməliyyatlara başlamalıdır”.

Tarix
2020.10.16 / 17:54
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla