Yuxarı

Paşinyan hər zaman anti-Rusiya mövqeyində olub - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan hər zaman anti-Rusiya mövqeyində olub - Prezident

Mən Soros deyəndə təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır, bu, bir hərəkətdir, dağıdıcı bir hərəkətdir, yırtıcı bir hərəkətdir, bu, müstəmləkəçi bir hərəkətdir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı bildirib.

“Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu olub. Paşinyan əslində hər zaman anti-Rusiya mövqeyində olub. Onun partiyası “Yolka”nın adını tərcümə etsək, “çıxış” deməkdir. Hardan çıxış? ODKB-dən və Avrasiya Birliyindən. O, millət vəkili kimi həmişə Rusiyanın əleyhinə idi. Anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günədək Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı bu ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi. Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (NATO tipli təşkilatdır) erməni əsilli baş katibini həbsə atdı. Bu, Sorosun sözü ilə oturub-duran adamdır. Bir də ki, onun komandasına baxın: “Soros Foundation”, “Açıq Cəmiyyət” təşkilatı, “Amnesty International” – hamısı bunlardır. Yəni Soros bu gün Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı”, - Prezident söyləyib.

Tarix
2020.10.16 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla