Axar.az
Yuxarı

Əliyev və Paşinyanın 15 dəqiqəlik "dueli": Nə baş verdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossiya-1”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Pervıy Kanal”, “CNN-Türk”, “CNN İnternational”, “Avronyus”, “Skay Nyus”, RBK, “Haber Qlobal”, “Haber Türk”, “Frans 24”, NTV, “RİA Novosti”, “A Haber”, - 16 kanal, 16 çıxış, 16 uğur.

Uğur, çünki haqlı mövqeyimizi yalnız uğurlu natiq düzgün çatdıra bilərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin məşhur dünya kanallarına verdiyi çoxsaylı müsahibələri səviyyəsi ilə seçilir. Həmin səviyyəni Prezidentin həm doğma Azərbaycan dilində, həm də rus, ingilis dillərində verdiyi müsahibələrdə müşahidə etmək olar. Axıcı danışıq, diplomatik davranış, əsilzadə duruş - ağıla yalnız bir şəxs gəlir, onun da təkrar təqdimatına ehtiyac yoxdur.

Müsahibələrdə üç dildə səlis danışaraq, hər dəqiqədən düzgün istifadə edən Prezident Rusiyanın məşhur RİA informasiya agentliyinə müsahibəsi zamanı 15-16 dəqiqə ərzində bütün həqiqətləri dünyaya çatdıra bildi. Erməni liderinin rusca “erməni budaq cümləsi” tərzində nitqini isə yalnız rus agentliyinin yayımladığı mətndən anlamaq olardı. Həmin 15 dəqiqəni sözlərlə deyil, yalnız “a”, “ı” saitlərilə dolduran Paşinyan İlham Əliyevin çıxışının 50 faizi qədər danışa bildi.

Bu, statistikada da özünü göstərir: İlham Əliyev Kiselyova müsahibədə eyni vaxt ərzində 14 157, Nikol Paşinyan isə 8 187 hərf (simvol) işlətmişdi.

Məncə, bunun səbəbini araşdırmağa belə gərək yoxdur, hər şey göz qabağındadır.

“Qəhrəman olmur, qəhrəman doğulur”. Bu ifadəyə “qəhrəman” sözünü “siyasətçi” ilə əvəz edərək də yanaşa bilərik. Amma bəziləri nə siyaətçi doğulur, nə də siyasətçi olmağı bacarır. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin insanların siyahısına daxildir.

Monodillik prinsipi ilə yaşayan Paşinyan ingilisdilli mətbuata müsahibə verərkən məcbur erməni dilində danışası oldu. O, ön cəbhədə sözünü deyə bilmədiyi kimi, kamera qarşısında da kəkələyir. Onun söz ehtiyatının qıtlığı hətta erməni dilində də hiss olunur. Bir qədər əvvəl erməni xalqına müraciət edib, timsah göz yaşlarını tökən Paşinyanın canlı yayımı zamanı bir izləyicinin “mən erməniyəm, amma Paşinyanın danışığından heç bir şey anlamadım” deməsi erməni liderin hansı “savad”a malik olduğunu göstərir.

Fikrimizi yekunlaşdıraq.

Azərbaycanın son 200 illik tarixində torpaqlarımızı itirən deyil, qaytaran ilk lideri İlham Əliyev məqsədinə addım-addım irəliləməyi ilə adını artıq tarixə yazdırıbsa, Paşinyan rüsvayçı çıxışları və məşhur “Kokeyşn Büro”su ilə yadda qalacaq.

Tarix
2020.10.17 / 09:00
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Noyabr ayının hava proqnozu açıqlandı

İrəvan üçün ölümcül əməliyyat başlayır – Podolyaka

İlham Əliyev Ərdoğana zəng etdi

Ərdoğandan İzmirdəki zəlzələ ilə bağlı – Açıqlama

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü – Foto

Ordumuz dünyanın ən güclü RLS-ini məhv etdi - Video

Paşinyan Kremlə növbəti tələ hazırlayır

Azərbaycan Ordusu Laçını azad edərsə... - Abrahamyan

Ermənilər ölülərimizə qarşı da müharibə aparır

Putin Qarabağa görə TŞ-ni topladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla