Yuxarı

Paşinyan bu hərbi cinayətə görə mütləq cəzasını alacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan və Tonoyan Gəncədə törətdikləri hərbi cinayətlərə görə mütləq cəzalarını alacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qeyd edib.

"Bu cəzanı ilk növbədə BMT-nin Təhlükəsizlik Şurası verməlidir. Oktyabrın 19-da toplanacaq Təhlükəsizlik Şurasından ədalətli və qətiyyətli qərar gözləyirik. Bu, onların tarix qarşısında sınağı olacaq.

Azərbaycan dövləti və Ordusu isə torpaqlarımızı işğaldan azad etməklə bu caniləri cəzalandırmaqda davam edir. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin Füzuli şəhərinin işğaldan azad olunmasını xalqa elan etməsi işğalçı ölkəyə vurulan ağır zərbə, Paşinyan və Tonoyana verilən növbəti cəzadır.

Bu canilərə ən ağır cəzanı isə Şuşanı və Xankəndini işğaldan azad etdikdən sonra verəcəyik. Bu tarixi və şərəfli gün çox yaxındadır. İndiyə kimi ədalət mühakiməsindən heç bir cani qaça bilməyib. Xalqımız buna əmin olsun!

Qarabağ Azərbaycandır!" - millət vəkili bildirib.

Tarix
2020.10.17 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla