Yuxarı

Ermənistanın terrorçu mahiyyəti göz önündədir - General

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın terrorçu mahiyyəti göz önündədir - General

Ermənistanın işğalçılıq siyasəti, terrorçu mahiyyəti və müharibə cinayətləri göz önündədir. Düşmən məkrli, hiyləgər və riyakardır. Bir tərəfdən özü haqqında məzlum obraz yaratmağa çalışan Ermənistan digər tərəfdən də dinc azərbaycanlı əhaliyə divan tutur. Lakin Azərbaycan xalqı heç bir halda düşmənin hiylələrinə uyan deyil. Çünki işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək hər bir azərbaycanlının həyat amalıdır.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu istefada olan türkiyəli general Yücel Karauz bildirib.

Döyüş meydanında biabırçı vəziyyətdə məğlub olan düşmənin intiqam almaq üçün Azərbaycanın mülki insanlarını hədəf aldığını diqqətə çatdıran general Yücel Karauz deyib: “Azərbaycanda dinc əhalinin hədəf alınması Ermənistanın barbarlığı, faşizm qaydaları ilə idarə olunmasının təsdiqidir. Əslində burada yenilik yoxdur. İşğalçı dövlət Azərbaycan torpaqlarını da eyni üsullarla qəsb edib. İndi bu qeyri-insani hərəkətləri öz işğalçılıq siyasətini qorumaq məqsədilə tətbiq edir”.

Düşmən qüvvələrin Gəncə, Mingəçevir, Goranboy, Ağcabədi, Naftalan və Dağlıq Qarabağ bölgəsindən xeyli uzaqda olan digər yaşayış məskənlərini hədəf almasının Ermənistanın hüquq tanımayan cinayətkar rejim tərəfindən idarə olunmasını bir daha təsdiq etdiyini vurğulayan general Yücel Karauz bildirib ki, müzəffər Azərbaycan Ordusu düşmənin şərəfsiz hərəkətlərinə məhəl qoymadan ləyaqətlə zəfər salnaməsini yazır. Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşməsi Milli Ordumuzun gücünü daha da artırır, qələbə rəhnini daha da yüksəldir.

Tarix
2020.10.18 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla