Yuxarı

Ayətullahdan Qarabağ açıqlaması: İşğalçı Ermənistan...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayətullahdan Qarabağ açıqlaması: İşğalçı Ermənistan...

Müsəlmanlar Azərbaycanın Dağlıq Qarabağının işğaldan azad edilməsini dəstəkləməlidirlər.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu, iranlı din xadimi Ayətullah Nasir Məkarim Şirazinin bəyanatında qeyd olunub.

N.Məkarim Şirazinin sözlərinə görə, din xadimləri də Qarabağın işğaldan azad edilməsinə dəstəyə təkid edirlər.

Nasir Məkarim Şirazi bildirib ki, Dağlıq Qarabağın illərlə işğal altında qalmasından sonra, son vaxtlar bu bölgədə müharibə yenidən alovlanıb və müsəlmanların qanı axıdılır:

“Bütün bu məsələlərdə məsuliyyəti işğalçı Ermənistan daşıyır. İstənilən vasitəçilik, müzakirə və yaxud qərar Azərbaycanın ərazilərinin tam şəkildə işğaldan azad olunması ilə nəticələnməlidir.

Səmavi dinlərə əsasən, bütün peyğəmbərlər, xüsusilə Həzrət İsa zülmdən uzaq olmuşdu. Buna əsasən bütün xristianlar Ermənistan hökumətinə öz vəzifəsini yerinə yetirməsi, işğalçılığa son qoyması, zülmlər etməkdən çəkinməsi üçün tövsiyələr etməlidirlər”.

Tarix
2020.10.18 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla