Yuxarı

Markov açıqladı: Paşinyan hər an...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markov açıqladı: Paşinyan hər an...

Azərbaycan oktyabrın 18-də Müstəqillik Gününü bayram edir. Azərbaycanın bütün dostları ölkə rəhbərliyini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edir və əmin-amanlıq arzulayırlar.

Axar.az xəbər verir ki, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bu barədə öz Feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, bu il Azərbaycan Müstəqillik Gününü Dağlıq Qarabağda hərbi uğurlarla bağlı böyük vətənpərvərlik coşqusu ilə bayram edir. Azərbaycan Ordusu Ermənistan tərəfindən 25 ildən çox müddətdə zəbt edilmiş ərazilərinin 10 faizini artıq öz nəzarəti altına alıb. Hücum davam edir.

“Ermənistanın baş naziri, bu müharibənin əsas səbəbkarı, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı Nikol Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”, - deyən politoloq qeyd edib:

“Orada hakimiyyət hərbi komitəyə ötürülə bilər. Buna səbəb - Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, bir də odur ki, Rusiya açıq-aşkar Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəmir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir, çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Tarix
2020.10.18 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla