Yuxarı

XİN rəhbəri eston həmkarı ilə son durumu müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN rəhbəri eston həmkarı ilə son durumu müzakirə etdi

Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki dəfə Gəncəyə edilən raket hücumları qeyd olunub. Gəncə şəhərinə edilən son raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla, 13 mülki şəxsin həlak olduğu, 48 nəfərin yaralandığını diqqətə çatdırılıb. Əməlləri müharibə cinayətləri kimi qiymətləndirən C.Bayramov, buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.

U.Reynsalu öz tərəfindən münaqişənin siyasi yolla həll olunmasının vacibliyini ifadə edib. Humanitar atəşkəsə hörmət etməyin vacibliyini vurğulayan Estoniya Xarici İşlər naziri bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu və Estoniyanın BQXK-ya verdiyi humanitar yardım vasitəsilə töhfəsini qeyd edib.

Tarix
2020.10.18 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

Paşinyan Trampla Qafqazdan danışdı

Xəzərin hüquqi statusu haqqında Konvensiya... - Arakçı

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla