Yuxarı

Şəntop: Dağlıq Qarabağ heç zaman müstəqil olmayacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə dostumuz olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq. Azərbaycan tarix və beynəlxalq hüquq baxımından da haqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri oktyabrın 19-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakıda jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

M.Şəntop deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb.

Ermənistanın Gəncəyə hücumunun müharibə cinayəti olduğunu qeyd edən TBMM-in sədri deyib:

“Müharibə cinayətləri törədənlərin bu gün, sabah da olmasa, başqa vaxt mühakimə olunduğu dünyada yaşayırıq. Ermənistan tək Azərbaycan üçün deyil, bölgədə və dünyada sülhə təhdiddir. Buna görə də Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bizim dostluğumuz əbədiyyətə qədər davam edəcək”.

Dağlıq Qarabağın heç zaman Azərbaycandan ayrı olmadığını vurğulayan M.Şəntop bildirib:

“Dağlıq Qarabağ tarix boyu heç vaxt müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini bildirir”.

Ermənistanın Azərbaycanın Gəncə şəhərində mülki əhalini atəşə tutmasını müharibə cinayəti adlandıran TBMM-in sədri deyib ki, vaxt gələcək, bunu törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək.

Tarix
2020.10.19 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla