Yuxarı

Nasistlər və terrorçular: Məğlub olan Ermənistanın son ümidi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçular və faşist-nasist idealogiyasının daşıyıcıları: Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdən qovub çıxardığı Ermənistan iki qüvvədən imdad diləyir.

Erməni hərbçilər fərrarilik edir, ağ bayraq qaldıraraq, təslim olur, yaralananlar isə döyüşə qayıtmaqdan imtina edirlər. Psixologiya üzrə elmlər doktoru Mels Mkrtumyan deyir ki, yaralanmış hərbiçilər cəbhəyə qayıtmaq istəmirlər: “Onlar qorxur. Hərbi hospitallarda həkimlərlə yanaşı, psixoloqlar da cəlb olunub. Psixoloqlar hərbi qulluqçuların müharibə dəhşətini unutması üzərində işləyirlər. Əsgərlərin çoxunun yaddaşı itir, onlar qəti şəkildə cəbhəyə qayıtmaqdan imtina edirlər”.

Ermənistan hərbçilərinin qaçdığı mövqelərə muzdluları və terrorçuları gətirir. Xüsusilə Suriya və Livandan PKK/YPG terror dəstələrinin üzvləri işğalçı ölkə tərəfindən döyüşür.

Cəbhədə terorçuların ümidinə qalan işğalçı ölkəyə siyasi cəbhədə dəstək verən yeganə qüvvə faşist-nasist idealogiyasının daşıyıcılarıdır.

Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər etməklə Ermənistana dəstək nümayiş etdirib.

Almaniyada mənfi imici olan “AfD”-nin siyasi platforması irqçiliyə söykənir və partiya islamafob tezisləri ilə məşhurdur. Partiya 2017-ci ildə Bundestaqa mandat qazananda Almaniya mediası “nasistlər zirzəmidən çıxdı” deyə yazırdı.

“AfD”nin elektoratını da neonasizm kimi tanınan, hətta irqçi cinayətlər törədən qruplaşmalar təşkil edir. Almaniyanın şərq əyalətlərində “Milli Sosializm – Yeraltı” (NSU) adlı neonasist təşkilatının gizli fəaliyyəti 2011-ci ildə ortaya çıxanda məlum oldu ki, təşkilat 2000-2007-ci illər ərzində əcnəbilərə qarşı hücumlar təşkil edib: 8-i türk olmaqla 10 əcnəbi öldürülüb, partlayıcı maddələrdən istifadə olunmaqla iki hücum təşkil edilib, 15 bank qarəti həyata keçirilib.

“AfD” Bundestaqa mandat qazananda alman mediası neonasizm hərəkatı kimi xarakterizə etdiyi bu partiyanın tərəfdarları arasında NSU-nun üzvlərinin olduğunu yazırdı.

Partiyanın əsas şüarlarından biri belədir: “Almaniyanı İslamlaşmaqdan xilas edək”.

2016-cı ildə meydana çıxan “PEGİDA”nın (Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar) fəaliyyətini dəstəkləyən siyasi qüvvələr arasında “AfD” ən aktivlərdən idi. Partiya tələb edir ki, Almaniyada hicab qadağan olunmalı, məktəblərdə İslam dərsləri alman dilində tədris edilməli, müsəlman icmasının fəailiyyəti məhdudlaşdırılmalıdır.

“AfD”nin həmsədrlərindən Aleksandr Qauland çıxışlarının birində II Dünya müharibəsində alman əsgərlərinin göstərdiyi “qəhrəmanlıqlarla” fəxr etmək çağırışı etmişdi.

İşğalçı Ermənistanın “AfD” ilə əməkdaşlığının kökündə faşist-nasist idealogiyası dayanır.

II Dünya müharibəsindən sonra dünya nasizmi lənətləyir, yalnız müəyyən ölkələr və müəyyən qruplar bu idealogiyaya hələ də sadiqdirlər. Bu ölkələrdən biri Ermənistandır. İşğalçı ölkə Qaregin Njdenin nasist irsini təbliğ etməklə faşizmin əsas təbliğatçısına çevrilib. Hitlerin ordusunda döyüşən erməni Qaregin Njdeyə İrəvanın mərkəzində 6 metrlik heykəlin ucaldılması da Ermənistanın faşizm sevgisindən irəli gəlir. Bu baxımdan, “AfD”nin Ermənistanla əməkdaşlığı təəccüblü deyil və bu əməkdaşlıq keçmiş və indiki hakimiyyətin dövründə davam edib.

“AfD” deputatlarını mütəmadi olaraq işğal altındakı ərazilərə qanunsuz səfərə göndərməklə Ermənistana dəstək nümayiş etdirib.

Və hərbi əməliyyatların getdiyi vaxt alman nasistlərin Qarabağa gəlişi də əvvəlki əməkdaşlıqdan irəli gəlir. Burada diqqət çəkən əsas məqam isə Ermənistan hakimiyyətinin faşist idealogiyasının daşıyıcıları istisna olmaqla Avropadan heç bir dəstək əldə edə bilməməsidir.

Hərbi əməliyyatlar başlayandan indiyə qədər telefondan sallaşan erməni baş nazir Nikol Paşinyanın Qərbdən dəstək qazanmaq cəhdləri uğursuzluğa düçar oldu. Hərçənd, Sorosun şinelindən çıxmış Paşinyan və komandası hesab edirdi ki, Avropanın bütün ölkələri ayağa qalxacaq və Ermənistana dəstək verəcək. Nikolun özünəgüvəni də bundan qaynaqlanırdı. Lakin nəticə sıfır oldu və heç bir ciddi siyasi qüvvə işğalçıya dəstək vermədi.

Bunun səbəbi Azərbaycanın diplomatik cəbhədə uğurlu siyasət aparmasıdır. Avropa İttifaqının Gəncə terroru ilə bağlı verdiyi bəyanat da göstərdi ki, beynəlxalq ictimaiyyət terrora məruz qalan Azərbaycanın yanındadır. Terrorçu Ermənistanın Aİ-nin bəyanatını isteriya ilə qarşılaması da gözlədikləri dəstəyi ala bilməməsindən irəli gəlir.

Aİ Gəncə terrorunu pisləyərək, “hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır” deyə bəyan edib.

Bütün cəbhələrdə məğlub olan Ermənistan iki qüvvənin ümidinə qalıb.

Cəbhədə terrorçular, siyasi platformada faşist-nasist idealogiyasının daşıyıcıları. Bu təbii haldır, çünki terror və faşist dövlətin yanında onunla eyni fikri bölüşən terrorçular və faşistlər olur.

Tarix
2020.10.19 / 17:55
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla