Yuxarı

Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir - Kolyux

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Çünki bütün dünya ölkələri, beynəlxalq təşkilatlar işğal altındakı torpaqları Azərbaycanın ərazisi kimi tanıyır.

Axar.az xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyik Günü münasibətilə keçirilən dəyirmi masada çıxışı zamanı Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux deyib.

Deputat bildirib ki, haqq və ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli beynəlxalq hüquq çərçivəsindən kənara çıxmamalıdır.

“Ukrayna və Azərbaycan üçün öz dövlət sərhədlərinin demarkasiyasını başa çatdırmaq məsələsi son dərəcə vacibdir. Bu prosesin uzunmüddətli olması ölkələrimizin təhlükəsizliyinə müəyyən təhdidlər yaradır. Üstəlik, SSRİ-nin dağılmasından sonra sərhədlərin müəyyənləşdirilməsi problemi dolayısı ilə Donbas və Dağlıq Qarabağdakı münaqişələrdə öz əksini tapıb. Ancaq başa düşmək lazımdır ki, sərhədin bütün hissələrində tam hüquqlu demarkasiya yalnız Ukraynanın və Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra mümkündür. Bu səbəbdən Dağlıq Qarabağdakı münaqişənin həlli Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədinin müəyyənləşdirilməsindən sonra mümkündür”, - deyə Valeri Kolyux əlavə edib.

Deputat hər zaman olduğu kimi, indi də Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu siyasəti davam etdirəcəyini vurğulayıb.

Tarix
2020.10.19 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla