Yuxarı

KTMT ölkəsindən İrəvana ismarış: Yalnız bu şərtlə!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
KTMT ölkəsindən İrəvana ismarış: Yalnız bu şərtlə!

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov rəsmi müraciətlə çıxış edib.

Səfirlıkdən Axar.az-a verilən məlumata əsasən, səfir regionda sülh və sabitliyə təhlükə yaradan Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin getdikcə qızışmasından ciddi narahatlığını ifadə edib.

“Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri nəzərə alınmaqla, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını qeyri-insani və yolverilməz hesab edirəm. Bununla əlaqədar olaraq, Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutularaq günahsız uşaqlar da daxil olmaqla dinc əhalinin həlak olmasını qətiyyətlə pisləyirəm.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Qazaxıstanın əvvəllər səsləndirdiyi və dəyişməz mövqeyi çərçivəsində münaqişənin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinə uyğun olaraq beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həllinin zəruriliyini bir daha təsdiq edirəm”, - deyə diplomat qeyd edib.

Tarix
2020.10.20 / 16:28
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla