Yuxarı

Ordumuz tarix yazır: cəbhədə bir ilk yaşanır - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz tarix yazır: cəbhədə bir ilk yaşanır - Deputat

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxış edib.

Axar.az xəbər verir ki, Ordumuzun zəfər yürüşünə toxunan Qənirə Paşayeva tariximizdə yeni şanlı, şərəfli səhifələr yazıldığını qeyd edib. O, son yüz ildə zorla əlimizdən alınmış torpaqların ilk dəfə bu miqyasda azad edildiyini vurğulayaraq, cənab Ali Baş Komandan başda olmaqla, Silahlı Qüvvələrimizə, qəhrəman hərbçilərimizə təşəkkür edib.

“Şəhidlərimizin ruhu, onların ailələrinin qarşısında baş əyirəm!” deyən millət vəkili sərhəd kəndlərində yaşayan, top, raket atəşlərinə, dağıntılara baxmayaraq, öz el-obasını tərk etməyən sakinlərimizin də fədakarlıq və mərdanəlik nümayiş etdirdiyini söyləyib.

Q.Paşayeva çıxışının sonunda Azərbaycan həqiqətlərinin yayılması, erməni yalanlarının qarşısının alınması üçün bütün dünya azərbaycanlılarını, xüsusən Rusiyada yaşayan soydaşlarımızı daha da fəal olmağa çağırıb.

Tarix
2020.10.20 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla