Yuxarı

Şahnazarov həqiqəti ermənilərin üzünə dedi - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər verilişin aparıcısı və redaktorları ənənəvi kontingentdən əl çəkərək Şahnazarov kimi praqmatik düşüncəli, barışdırıcı mövqedən çıxış edən politoloqları dəvət etsələr, insanlığa, sülhə xidmət etmiş olarlar.

Axar.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarovun “Rossiya 1” kanalında çıxışları haqda danışarkən deyib.

O bildirib ki, Karen Şahnazarov Vladimir Solovyovun proqramında ermənilərdən daha artıq ermənipərəst iştirakçıların qarşısında reallığa söykənən həqiqətlə çıxış edib:

“Şahnazarov müharibənin başlanmasında və vəziyyətin bu səviyyəyə çatmasında Ermənistan rəhbərliyinin günahkar olduğunu bildirir. Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsini və Prezident İlham Əliyevin müharibədən sonra ermənilərlə azərbaycanlıların birgə yaşaya biləcəkləri haqqında təkliflərinin doğru olduğunu qeyd edir.

Diqqət çəkən məqamlardan biri həmin tok-şounun daimi sakinlərinə çevrilən, erməni mafiyası tərəfindən satın alınmış iştirakçıların rejissorun fikirlərini təəccüblə qarşılamasıdır. Acınacaqlı görkəmləri onların sağlam düşüncəni qətiyyən qəbul etməyə hazır olmadıqlarını göstərir. Məhz qeyd etdiyim kontingentin sayəsində millətlər düşmənə çevrilib”.

Tarix
2020.10.22 / 13:25
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla