Yuxarı

Ermənistanın Rusiyaya növbəti xəyanəti - Zülfüqarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiyaya növbəti xəyanəti - Zülfüqarov

Ermənistanın NATO-ya yaxınlaşması bu ölkənin ikiüzlü siyasətini bir daha sübut edir. KTMT üzvü olan bir ölkənin bu gün NATO-ya üz tutması başda Rusiya olmaqla, digər üzv ölkələrini də narahat etməlidir.

Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan Prezidenti Armen Sarkisyan ilə NATO rəhbərinin görüşü və müzakirələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan bu və digər formada NATO ilə əlaqələrini gücləndirmək istəyir:

“Lakin bu, heç də asan bir şey deyil. Əvvəla, bu proses olduqca uzun və müəyyən şərtləri özündə ehtiva edir. Bu gün Ermənistanın “NATO ilə dost olmaq istəyirəm” deməsi ilə heç nə həll olmur. Mən bunu populist addım olaraq qiymətləndirirəm. Hiss olunur ki, Ermənistan təşviş içindədir.

Paşinyan nə qədər ki, belə siyasi səhvlər edir, bu, Azərbaycanın xeyrinədir. Bir ölkə NATO-ya üzv olmaq istəyirsə, bir neçə illik proses keçməlidir. Digər tərəfdən, aydın görünür ki, NATO-ya yaxınlaşmaqda rəsmi İrəvanın başlıca məqsədi onu münaqişəyə cəlb etməkdir. Lakin NATO qoşunlarının Qarabağa gəlməsi elə də asan bir şey deyil. Hər şeydən öncə ona görə ki, NATO-da qərarlar ümumi konsensus əsasında qəbul edilir”.

Tarix
2020.10.22 / 15:30
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla