Yuxarı

Ermənistan artıq məğlub olub – Belarusdan baxış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın qonşu dövlətin ərazisini ələ keçirmək siyasəti avantüra idi. Rəsmi İrəvan Rusiyanın dəstəyinə ümid bəsləyirdi. Lakin Rusiyanın Ermənistana marağı itib, Azərbaycanla maraqlanmağa başlayır. Ermənistan naminə isə Türkiyə və İranla münasibətləri pisləşdirməyin yeri yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında belarus politoloq Mixail Malaş deyib.

Politoloqun sözlərinə görə, Qərb də Rusiyanın yerini tutub erməniləri silahlandırmağa həvəsli deyil:

“İrəvanın son açıqlamaları göstərir ki, ermənilər rəsmi Moskvanın hərbi yardım göstərərək onları xilas edəcəyinə ümid edir. Bu ümidlərin reallaşması ehtimalı çox azdır. Moskva üçün bölgədə Ermənistan-Azərbaycan münasibətlərinin tarazlığının dəyişməsi qəbuledilməz olsaydı, bunu əvvəldən Azərbaycan tərəfinə açıq şəkildə bildirərdi.

Azərbaycanlıların müəyyən bir səviyyəyə çatmasına icazə verildiyi, sonra isə dayandırılacağı barədə ehtimallar da mənasızdır. Bu, Moskvanın nəyinə lazımdır? Yalnız ona (Rusiyaya) xoş gəlməyən Paşinyanın məşhurluğunu azaltmaq üçün? Kremlin əlində tamamilə Rusiyadan asılı olan kiçik ölkənin qəbuledilməz “lider”ini kənarlaşdırmaq üçün bir çox başqa, daha zəmanətli və sadə yollar var idi”.

Politoloqun fikrincə, artıq ermənilərin bu müharibədə məğlub olduğunu söyləmək olar:

“Bu ərazidə “ağa”olaraq yaşaya bilməzlər və birmənalı olaraq heç nəyi geri ala bilməyəcəklər!”

Tarix
2020.10.23 / 08:00
Müəllif
Zaur, Xədicə
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla