Yuxarı

Ordunuz İranı bu təhlükədən xilas etdi - Sxvediani

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordunuz İranı bu təhlükədən xilas etdi - Sxvediani

Gürcü əsilli ukraynalı politoloq, "Şərhlər" jurnalının redaktoru Vladimir Sxvedianinin Axar.az-a müsahibəsi:

- Ermənistan növbəti dəfə Azərbaycanın cəbhə xəttindən uzaq bölgələri olan Siyəzən, Kürdəmir və Qəbələyə raket zərbələri endirdi. Bir tarixçi kimi xatırladığım qədər, 1945-ci ildə kimlərsə Londona raket atıb... Ermənistanın da eyni üsullarla hərəkət etdiyini demək olarmı?

– Zənnimcə, Ermənistan hakimiyyəti dəli olub. O, “bəlkə böyük bir müharibə alovlandırıb Rusiyanı da ora sürükləməyi bacararıq” ümidi ilə “əli çatdığı” yeri vurur.

- Azərbaycan hətta Ermənistanın öz ərazisində yerləşən raket sistemlərinin atəşini aradan qaldırmaq hüququna belə malikdir, elə deyilmi?

- Ərazisini qorumaq istənilən dövlətin müqəddəs hüququdur. Azərbaycan istənilən halda müharibəni qazanır.

- Bu günlərdə Azərbaycan Prezidenti Zəngilan rayonunda və eynidlı şəhərində bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Bütün ekspertlər istisnasız olaraq bu strateji rayonun vacibliyini vurğulayır. Siz necə düşünürsünüz?

- Zəngilan rayonu Azərbaycan-İran sərhədinin "bağlayıcısıdır". İran xeyli rahatladı. Çünki rəsmi Tehran həqiqətən də ermənilərin onun ərazisinə qaçıb oradan Azərbaycan Ordusuna atəş açacağından və İranı müharibəyə cəlb etməyə cəhdindən ehtiyat edirdi.

- Rusiyalı mütəxəssislər də daxil olmaqla, ekspertlər İrəvanın silahları yerə qoyub danışıqlar masası arxasına əyləşməkdən başqa yolu olmadığını deyir. Amma Paşinyan buna cavab olaraq total müharibəyə çağırır. Hətta qadınlarından, cinsi azlıqlar və I Qarabağ müharibəsinin veteranlarından ibarət hərbi birliklər də formalaşdırır. Bu tərs “əzmkarlıq” nə ilə bağlıdır?

- Paşinyan uduzdu. O, bunu istəsə də, istəməsə də artıq uduzub. Lakin o, tarixdə "hər kəsin Ermənistana xəyanət etdiyi" şəraitdə "sona qədər vuruşan" kimi qalmaq istəyir. Hətta bunun üçün daha yüz min il yaşamaq lazım olsa, o, geri çəkilməyəcək.

Tarix
2020.10.24 / 08:00
Müəllif
Zaur, Xədicə
Digər xəbərlər

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla