Yuxarı

Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü

Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfərinin sonunda ABŞ-ın Azərbaycan icması fəalları ilə görüş keçirib.

Axar.az xəbər verir ki, ölkəmizin Vaşinqtondakı səfirliyində təşkil olunmuş tədbirdə nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzü, mövcud vəziyyət, azərbaycanlı mülki əhalinin, Gəncə, Mingəçevir, Tərtər və digər yaşayış məntəqələrinin hədəf alınması, dinc insanlar arasında çoxsaylı itkilərin olması haqqında söz açıb. Qeyd olunub ki, sülh danışıqları prosesində ciddi irəliləyiş əldə edilməyib və son iki ildə Nikol Paşinyan hökumətinin destruktiv siyasəti nəticəsində danışıqlar kifayət qədər pozulub. Nazir deyib ki, 2019-cu ilin avqust ayında Ermənistanın müdafiə naziri ABŞ-ın erməni icma üzvləri ilə görüşdə “yeni ərazilər üçün yeni müharibə” prinsipini təbliğ edərək, rəsmi Yerevanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirib.

Nazir Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasını xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Ermənistanın işğalçı siyasəti nəinki Azərbaycan, bütün region üçün təhlükədir. Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb. ABŞ-ın Azərbaycan icmasının Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd olunub. Nazir icma üzvlərinin informasiya müharibəsində fəallıq göstərdiklərinə görə təşəkkürünü bildirib.

Tarix
2020.10.24 / 07:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla