Yuxarı

Qarabağdan qayıdanlar Ermənistanı dağıdacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən ABŞ-dan əliboş qayıdan, Putinin çıxışından sonra məyus olan, CNN kanalına müsahibəsində məşhur aparıcı Kristian Amanpourun sərrast sualları qarşısında aciz qalan Ermənistanın xarici işlər naziri açıqlama verib ki, 90 min Qarabağ ermənisi Ermənistana gələrək onlara sığınıb.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Qubad İbadoğlu deyib.

“Açıqlanan rəsmi məlumatlara inansaq, Dağlıq Qarabağın erməni əhalisi 146 min nəfər olub. Belə çıxır ki, Qarabağda hələ 55 min nəfər əhali qalır. Statistik məlumat göstərir ki, Qarabağın erməni əhalisinin 55,2 mini Xankəndidə, 24,3 mini Xocavənddə, 19,9 mini Ağdərədə, 18,1 mini Əsgəranda, 13,6 mini Hadrutda, 9,3 mini Laçın-Qubadlı-Zəngilan ərazisində, 5,4 mini Şuşada, 3,1 mini Kəlbəcərdə yaşayıb.

Yenilməz Azərbaycan ordusu Xankəndi-Şuşa-Lacın-Gorus-Sisian yolunu tezliklə nəzarətə götürəndən sonra ermənilərin Qarabağdan çıxması üçün yeganə yolu Ağdərə-Kəlbəcər-Göycə qalır. Əslində onlar və bizim üçün mümkün olan variantlar arasında ən yaxşısı ermənilərin tez bir zamanda gəldikləri yerə qayıtmasıdır”.

İqtisadçı qeyd edib ki, yaxınlarda Ermənistana qayıdanların sayı 100 mini ötəcək:

“Bu da onsuz da çətin durumda olan Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salacaqdır. Müharibədə 1 milyard dollardan çox hərbi texnika itirən, ötən 15 gün ərzində hərbiyə ən azı o qədər də vəsait xərcləyən Ermənistanın iqtisadiyyatını qaçqınların saxlanması üçün tələb olunan əlavə xərclər daha pis duruma salır. Bir tərəfdən də pandemiya sahəsində hər gün rekord təzələyən ölkə kütləvi surətdə virusa yoluxmaqdadır, təkcə dünən infeksiya aşkarlananların sayı 2472 nəfər olub, ötən gün bu səbəbdən 14 nəfər ölüb.

Bu ilə nəzərdə tutulan 4 milyard dollarlıq büdcəni ÜDM-də 2,3 faiz kəsirlə proqnozlaşdıran Ermənistanda hazırda büdcə kəsiri 5,4 faizə çatıb, xarici borclarının ÜDM-də payı 60 faizi ötüb. Ölkədə rəsmi işsizlik səviyyəsi 20 faizin üzərindədir, bu səbəbdən xüsuslə də gənclərin miqrasiyası artır. Bu vəziyyətlə ölkəni fəlakətə aparan siyası rəhbərlik hərbi cinayətlərindən və yalançı təbliğatlarından da əl çəkmir.

Hesab edirəm ki, bu gedişata Ermənistan iqtisadiyyatı davam gətirə bilməyəcək, bu ilin sonuna defolt vəziyyətinə düşəcək”.

Tarix
2020.10.24 / 12:09
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla