Yuxarı

Münaqişədə işğalçı tərəf Ermənistandır - Qurtulmuş

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münaqişədə işğalçı tərəf Ermənistandır - Qurtulmuş

Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf Ermənistandır.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Qurtulmuş deyib.

AKP yetkilisi dünya birliyindən işğala məruz qalmış Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləndiyini söyləyib:

“Ermənistana hansı ölkələrin silah və maddi-texniki dəstək verdiyini bilirik. Qarabağ məsələsində işğalçı tərəf Ermənistandır. Ermənistan insanlığa qarşı cinayətin icraçısıdır.

Hər kəsi vicdanlı olmağa dəvət edirik. Azərbaycan 33 il ərzində Ermənistan ərazilərini işğalda saxlasa, Azərbaycan Ermənistana hücum etsəydi və bu hücumlarda körpələri öldürsəydi, inanın ki, bütün dünya Azərbaycanın üstünə düşəcəkdi. Bunu Fransa, ABŞ üçün deyə bilərik. Ermənistandan daha güclü bir erməni lobbisi də var. Erməni lobbisi, xüsusən seçki vaxtlarında, ABŞ siyasətində çətinlik çəkdikləri zaman vaxt yapışmağa başlayan lobbilərdən biridir”.

Tarix
2020.10.24 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla