Yuxarı

"Üçlüy"ə erməni vəhşiliyi ilə bağlı müraciət edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İctimai Liderlər Platforması” Ermənistanın növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozması haqqında ABŞ Prezidenti Donald Trampa, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Fransa Respublikasının Prezidenti Emanuel Makrona müraciət ediblər.

Axar.az müraciətin mətnini təqdim edir:

“Hörmətli Prezidentlər,

Bildiyiniz kimi, sizin birbaşa təşəbbüsünüzlə Azərbaycanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatların humanitar atəşkəs zəminində dayandırılması haqqında 10, 18 və 26 oktyabr tarixlərində Ermənistan və Azərbaycan arasında razılıq əldə olunmuşdur. Lakin təəsüflər olsun ki, sizin hər üç təşəbbüsünüzə işğalçı Ermənsitan tərəfindən məhəl qoyulmamış və atəşkəs rejimi bir neçə dəqiqədən sonra kobud şəkildə pozulmuşdur. Ermənistan hər atəşkəs razılaşmasından sonra təkcə Azərbaycanın hərbi mövqelərini deyil, həmçinin münaqişə zonasından çox uzaqda yerləşən şəhər və rayonlarını, orada yaşayan mülki əhalini hədəfə almış və raket atəşinə tutmuşdur.

Ən dəhşətlisi isə odur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə gecə vaxtı 3 dəfə Ermənistan tərəfindən atılan SCUD tipli ballistik raketlə vurulmuş və nəticədə uşaq və qadın olmaqla çoxlu sayda mülki şəxslər qətlə yetirilmiş və ciddi bədən xəsarəti almışdır. Ermənistan atəşkəs rejimini pozan zaman təkcə ballistik raketlərdən deyil, eyni zamanda qadağan olunmuş kasetli bombalardan da istifadə etmişdir. İndiyə kimi Ermənistanın törətdiyi bu kimi hərbi cinayətlər nəticəsində 65 mülki şəxs həlak olmuş və 297 nəfər yaralanmış, 3000-dən çox mülki obyektə ciddi zərər dəymişdir.

Ermənistan yenə də bu gün, yəni oktyabrın 26-da saat 08.00-da qüvvəyə minmiş 3-cü humanitar atəşkəs rejimini əvvəlki xislətinə uyğun olaraq kobud şəkildə pozmuş, Azərbaycanın hərbi mövqelərini və mülki əhalinin yaşadığı əraziləri raket və artilleriya atəşinə tutmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanın bu gün Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının atəşə tutulması işğalçı ölkənin münaqişənin coğrafiyasının süni şəkildə genişləndirilməsi istəyindən əl çəkmədiyini bir daha nümayiş etdirir.

Hörmətli Prezidentlər,

Azərbaycan ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına, götürdüyü öhdəliklərə və əldə olunan razılaşmalara heç vaxt əməl etmədiyini çox yaxşı bilir. Zatən sizin tərəfinizdən münaqişənin sülh yolu ilə həlli üçün hazırlanan baza prinsiplərini rədd edən, bir neçə gün öncə “münaqişənin diplomatik həlli yoxdur” deyən Ermənistanın baş naziri N.Paşinyanın bu gün qüvvəyə minmiş anlaşmanı da pozacağına heç kim şübhə etmirdi.

Ermənistanın heç bir razılaşmaya və kollektiv şəkildə qəbul edilmiş norma və prinsiplərə əməl etməməsinin tək səbəbi onun indiyə kimi cəzasız qalmasıdır. Bu cəzasızlıq isə işğalçı ölkəni ruhlandırır və yeni cinayətlərə sövq edir.

Hesab edirik ki, Ermənistanın "cəzasızlıq limiti" başa çatmış və bəşəriyyət əleyhinə cinayətlər törətmiş işğalçı ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunması günün tələbinə çevrilmişdir.

Sizi ATƏT-in Minsk Qrupunun həmsədr və BMT Təhlükəsizlik Şurasının daimi üzv ölkələrinin rəhbərləri olaraq beynəlxalq hüququn norma və prinsiplərinə, sizin çağırışlara əməl etməyən Ermənistana qarşı təsirli tədbirər görməyə çağırırıq.

Ümid edirik ki, siz, həmsədr ölkələr kimi Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qeyd-şərtsiz yerinə yetirilməsini və işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən çıxarılmasını tələb edəcək və beləliklə, regionda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verəcəksiniz”.

Rauf Zeyni

Milli Qeyri-Hökumət Təşkilatları Forumu

Sabit Bağırov

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

Novela Cəfərova

D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

Səadət Bənənyarlı

"Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

Səltənət Qocamanlı

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

Qorxmaz İbrahimli

Biosfer İctimai Birliyi

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

Əziz Ələkbərov

Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

İsrayıl İsgəndərov

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqlari Komitəsi

Məhərrəm Zülfüqarlı

İctimai Problemlərin Tədqiqi Assosiasiyası

Kamil Səlimov

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

Fuad Məmmədov

"Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”

Eyyub Hüseynov

"Azad İstehlakçılar" İctimai Birliyi

Tənzilə Rüstəmxanlı

Azəri Türk Qadinlar Birliyi

Mirvari Qəhrəmanova

Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

Şəmistan Əlizamanlı

"Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

Osman Gündüz

Multimediya Sistemləri İctimai Birliyi

Mayis Əliyev

Sosial Hüquqların Araşdırılması

İradə Rizazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

Bahar Qasımova

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

Məlahət İbrahimqızı

"Lider Qadınlar" İctimai Birliyi

Fizüli Rzaquliyev

Vətən Müharibəsi Veteranları İctimai Birliyi

Mehdi Mehdiyev

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

Mehriban Zeynalova

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

Əhməd Abbasbəyli

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

Nəsiman Yaqublu

Tarix və Mətbuat Araşdırmalarına Dəstək

Şahin Rəcəbov

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

Aydın Əbilov

"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

Fikrət Yusifov

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

Elçin Hüseynov

"Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

Aydın Kərimov

Müstəqil Hüquq Mərkəzi

Əhməd Qəşəmoğlu

Tərəqqi və Demokratiya İctimai Birliyi

Hafiz Həsənov

Hüquq və İnkişaf İctimai Birliyi

Mirəli Hüseynov

Demokratiyanı Öyrənmə İctimai Birliyi

Şəmsəddin Əliyev

Polisə Dəstək İctimai Birliyi

Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

Emin Həsənli

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

İlqar Orucov

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

Ramil İsgəndərli

Samir Adıgözəlli

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM)

Tarix
2020.10.26 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla