Yuxarı

Ermənilər dünyanı özlərinə güldürmək üçün yol tapdılar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər dünyanı özlərinə güldürmək üçün yol tapdılar

ABŞ-dakı erməni diasporu Azərbaycan və Türkiyəyə qarşı sərsəm aksiyaya başlayıb.

Axar.az xəbər verir ki, Erməni Gənclər İttifaqı Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi, eləcə də qondarma rejimin “müstəqilliyi”nin ABŞ tərəfindən tanınması üçün aclıq aksiyasına start veriblər.

Qeyd edək ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, Ermənistan isə işğalçılıq siyasətindən əl çəkməyərək, beynəlxalq aləmdə tanınan Azərbaycan sərhədləri daxilində ordusunu saxlamaqda davam edir. Bütün beynəlxalq sənədlərdə, BMT-də Qarabağın Azərbaycanın ərazisi olaraq təsdiq edildiyi halda “dqr”in müstəqilliyinin tanınması üçün aclıq aksiyası keçirmək təkcə beynəlxalq hüquqa deyil, həm də insanlığa ziddir.

Qarabağdan 800 min insanı qovan, onların dinc yaşamaq haqqını əlindən alan Ermənistanın işğalçılıq siyasətinə erməni diasporunun bu cür dəstək verməsi isə həm də insan haqlarına qarşı aktdır.

Müharibənin getdiyi bir məqamda “aclıq aksiyası” ilə “mübarizə” ancaq ermənilərin ağlına gələ bilərdi.

Tarix
2020.10.27 / 12:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla