Yuxarı

Oljas Süleymenov Qarabağdan danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu anlamaq lazımdır: Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan düz, Ermənistan və ATƏT-in Minsk Qrupu isə səhv tərəfdir.

Axar.az xəbər verib ki, bu barədə Qazaxıstanın tanınmış ictimai-siyasi xadimi, diplomat, yazıçı, "dostluq" və "Şöhrət" ordenlərinin laureatı Oljas Süleymenov “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişində danışıb.

Onun sözlərinə görə, münaqişənin davam etdiyi 30 il ərzində Türkiyə Azərbaycana rəğbət bəsləyirdi. Bu gün də Türkiyə qardaş Azərbaycana son dərəcə mənəvi dəstək verir:

“Ankara Bakını dəstəkləyib və dəstəkləyəcək. Türkiyəni bunda heç kəs qınaya bilməz. Ermənilər Türkiyənin guya Azərbaycana hərbi dəstək verməsi, müsəlmanların xristianlara qarşı müharibə aparması haqqında danışırlar. Bu, cəfəngiyatdır. Burada söhbət yalnız Azərbaycanın işğal olunmuş torpaqlarından gedir”.

Süleymanovun fikrincə, bu gün Ermənistanın taleyini ölkənin ziyalıları həll etməlidir:

“Ziyalılardan başqa heç bir qüvvə – nə Ermənistan hökuməti, nə də hərbçilər bu ölkəyə kömək edə bilər”.

Tanınmış yazıçı, həmçinin bu gün böyük missiya yerinə yetirən Azərbaycan Ordusuna uğurlar arzulayıb.

Tarix
2020.10.27 / 17:19
Müəllif
Əli, Fatimə
Şərhlər
Digər xəbərlər

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla