Yuxarı

Bir ayda 3 “humanitar atəşkəs”: nəticəsi nə oldu?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir ayda 3 “humanitar atəşkəs”: nəticəsi nə oldu?

Sentyabrın 27-dən Ordumuzun Qarabağda apardığı haqq savaşından qorxuya düşən Ermənistan dəfələrlə atəşkəs üçün yalvarsa da, yalnız üç dəfə humanitar atəşkəsə nail olub. Bəs bu humanitar atəşkəslər nə ilə nəticələnib?

Axar.az xəbər verir ki, döyüşlər başlayandan sonra ilk dəfə Rusiyanın vasitəçiliyi ilə 10 oktyabr saat 12.00-dan qüvvəyə minən atəşkəs oktyabrın 11-nə keçən gecə ermənilərin Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması ilə pozuldu. Sözügedən humanitar atəşkəsdən cəmi 14 saat sonra Azərbaycanın ikinci böyük şəhərinə edilmiş hücum nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak oldu, aralarında uşaqlar olan 35 nəfər yaralandı.

Oktyabrın 18-i əldə edilən ikinci humanitar atəşkəs də bənzər taleyi yaşadı. Belə ki, saat 00:00-dan etibarən humanitar atəşkəs qüvvəyə mindi, oktyabrın 18-dən 19-a keçən gecə Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarını minaatanlar və toplardan atəşə tutdu.

Üçüncü atəşkəs isə ABŞ-ın vasitəçiliyi əldə olundu. 26 oktyabr saat 8:00-dən qüvvəyə minən humanitar atəşkəsə yenə Ermənistanın cəbhədən uzaqda yaşayan dinc sakinlərimizi raket atəşinə tutması ilə son qoyuldu. Bu dəfə hədəf Bərdə şəhəri idi. Oktyabrın 27-si saat 16:40 radələrində Bərdəyə raket atılması nəticəsində ikisi azyaşlı olmaqla 4 mülki şəxs həlak oldu, 14 nəfər yaralandı.

Bütün dünyanın gözü önündə yaşanan bu erməni təcavüzü bir daha göstərdi ki, BMT, ATƏT-in Minsk Qrupu rəsmi İrəvana təsir etmək və münaqişəni həll etmək gücündə deyil.

Onların bu vəzifəsini Şanlı Azərbaycan Ordusu yerinə yetirir.

Tarix
2020.10.28 / 13:31
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla