Yuxarı

Türkiyəli ekspert: Ermənistan ağlını itirib

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın hərbi-siyasi rəhbərliyini hər vəchlə özündən çıxarıb, cavab olaraq erməni mülki obyektlərinə sarsıdıcı zərbə endirməsinə vadar etməyə çalışır.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Abdulla Bəkçi erməni terrorçularının Bərdə şəhərinə ikinci dəfə raket atması nəticəsində 21 nəfərin həlak olduğunu və 70 insanın yaralandığını şərh edərkən deyib.

“Ermənistan, deyəsən, ağlını itirib. Ancaq Azərbaycan onun səviyyəsinə enməməlidir. Ölkəniz məqsədyönlü şəkildə irəliləməli və bütün Qarabağı özünə qaytarmalıdır. Bu gündən etibarən Ermənistanın hərbi cinayətləri məsələsi Birləşmiş Millətlər Təşkilatında müzakirəyə çıxarılmalıdır. Əminəm ki, Paşinyanın hərbi cinayətlərə görə beynəlxalq tribunal qarşısında duracağı gün uzaqda deyil”, - türkiyəli ekspert bildirib.

Bəkçinin sözlərinə görə, erməni tərəfi dinc sakinləri qətlə yetirməklə psixoloji təzyiq göstərməyə çalışır:

“Başqa sözlə, onlar düşünürlər ki, Azərbaycan xalqı müharibədən əl çəkəcək və müharibəni dayandırmaq üçün öz administrasiyasına təzyiq göstərəcək. Lakin Azərbaycan Ordusu döyüşəcək və xalq, şübhəsiz ki, öz Ordusunu dəstəkləyəcək”.

Tarix
2020.10.28 / 17:09
Müəllif
Zaur, Fatimə
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla