Yuxarı

İrəvan qorxuda: Ordumuzun Ermənistana girməməsi üçün... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan qorxuda: Ordumuzun Ermənistana girməməsi üçün... - Video

15:44

Gözəl bir deyim var – “dövlət sərhəddən başlayır”. Lakin Ermənistan sərhədlərini bu gün Rusiya əsgərləri qoruyur. Bu fakt belə sözügedən xalqın dövlətçilik ənənəsinin olmadığını, hər mənada Moskvadan asılı olduğunu isbat edir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın şərq və cənub-qərb sərhədlərinin mühafizəsinin də Rusiya sərhədçilərinə həvalə etməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini uzun illərdir qoruyur:

“İndi isə Azərbaycanla sərhəd də rus sərhədçilərinə verildi. Bunun əsas səbəbi Azərbaycan Ordusunun işğaldan azad edilən Cəbrayıl, Zəngilan, Qubadlı rayonları ilə birlikdə Ermənistan-Azərbaycan sərhədlərinin bir az da genişlənməsidir. Yəni Ermənistan artıq təkcə Tovuz, Qazax istiqamətindən deyil, eyni zamanda Qubadlı, Zəngilandan da Azərbaycanla sərhədlərinin bərpa olunduğunu görür və qorxu içindədir”.

Politoloq bildirib ki, Ermənistanın öz sərhədlərini Rusiya sərhədçilərinə həvalə etməsinin başqa səbəbləri də var:

“Birincisi, Ermənistan regionda qonşu ölkələrin ona hücum edəcəyini düşünür. Çünki az qala bütün qonşularına qarşı torpaq iddiasındadır – həm Azərbaycana, həm Gürcüstana, həm də Türkiyəyə qarşı. Ona görə də Ermənistan faktiki olaraq ətrafını özünə qatı düşmən edib və indi də qorxur.

İkincisi, Ermənistan sərhədlərini Rusiya sərhədçilərinə həvalə edərək, Ordumuzun sülhəməcbuertmə əməliyyatlarını Ermənistanın daxilinə keçirmək perspektivini önləməyə çalışır. Yəni faktiki olaraq artıq Qarabağda müharibəni uduzduğu və işğalda saxladığı torpaqlardan çəkilməli olduğunu dərk edir. Ancaq başqa məqamlar da var. Onlardan biri də Azərbaycan ərazilərinin Ermənistandan atəşə tutulmasıdır. Bu halda Azərbaycan beynəlxalq hüququ əsas götürərək, Ermənistan ərazisinə girə və sülhəməcburetmə əməliyyatını bu ölkənin ərazisinə daşıya bilər. Ermənistan bizim mülki şəhərlərimizi vurmaqla bu hüququ özü Azərbaycana vermiş olur. İndi bunun qorxusundan indidən sərhədlərinə rus sərhədçilərinə tapşırıb.

Üçüncüsü, Ermənistan müstəqil xarici siyasət apardığını göstərməyə çalışsa da, reallıq bunun tam tərsidir. Məsələ ondadır ki, rus hərbçiləri həm də bu ölkədəki daxili vəziyyətə, siyasi proseslərə nəzarət edir”.

Tarix
2020.10.29 / 21:32
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla