Yuxarı

Bayden seçilərsə, ABŞ-ın Qarabağ siyasəti dəyişəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayden ABŞ Prezidenti seçilsə belə, o, Prezident kimi 20 yanvarda iş başına gələcək. O vaxta qədər Qarabağ müharibəsi artıq bitmiş olacaq.

Axar.az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy ABŞ prezidentliyinə namizəd Co Bayden ölkə rəhbərliyinə müraciət edərək “Azərbaycan Ordusunun Qarabağda irəliləyişinin qarşısını almağa, 907-ci düzəlişin tam icrasını təmin etməyə və Azərbaycana hərbi texnikanın satışlarını dayandırmağa” çağırmasını şərh edərkən qeyd edib.

O vurğulayıb ki, heç kim, xüsusilə də Tramp seçki kampaniyasında öz rəqibinin sözü ilə əsla hərəkət etməz:

“Bayden seçilsə belə, Qafqazın, həm də bütün regionun yenidən dizaynı üçün aparılan bu müzakirə prosesində heç bir dövlət, xususilə də ABŞ kimi qlobal maraqları olan dövlət birtərəfli davranmaz və uduzan haqsız tərəfdən yana olmaz.

ABŞ Qafqazda sadəcə tarazlayıcı funksiya daşıyır. Əgər bunu Azərbaycana təzyiqlə daha irəli mərhələyə götürmək istəsə, müxtəlif motivlərlə Türkiyə, Rusiya və İranın müqaviməti ilə rastlaşacaq. Digər tərəfdən heç yəhudi lobbisi və İsrail də Baydenə imkan verməyəcək.

Əfqanıstan və enerji xətləri səbəbilə mövcud olan əməkdaşlıqlar var. Yəni Baydenin bu ifadələrinə erməni lobbisinə xoş görünüb seçkidə onların səsini almaq istəyən siyasətçinin dediyi sözlər kimi baxmaq lazımdır”.

Tarix
2020.10.30 / 10:13
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla