Yuxarı

Kasset tipli silahla olmaz: guya adi raketlə olar? - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amnesti İnternaşnl” (Amnesty İnternational) və “Human Rayt Voç” (Human Rights Watch) təşkilatlarının ekspertlərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun qadağan edilmiş kasset tipli raketlərlə vurulması faktını təsdiqləməsi əhəmiyyətli faktdır və bu Ermənistanın müharibə cinayətləri törətdiyi faktının hüquqi müstəvidə təqib olunması üçün tərəfsiz mənbə rolunu oynaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.

O, hər iki təşkilatın bəyanatında yer alan bir məqama diqqət çəkib:

“Hər iki təşkilatın bəyanatında mülki əhalinin qadağan olunmuş kasset tipli silahlarla atəşə tutulmasının yolverilməzliyi vurğulanır. Belə anlaşılır ki, mülki əhali qadağan olunmamış silah növlərindən atəşə tutula bilər.

“Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il, avqustun 12-də qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə əsasən, nəinki mülki əhalinin, hətta döyüş əməliyyatlarında iştirak etməyən silahsız hərbçilərin belə hədəfə alınması qadağan olunur. Bu baxımdan, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini təkcə kasset tipli silah-sursatdan yox, adi silahlardan da atəşə tutanda Konvensiyanın və təbii ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş və müharibə cinayəti törətmiş olur.

Hesab edirəm ki, adıçəkilən təşkilatlar bəyanat və açıqlamalarında daha dəqiq olmalıdırlar.

Beynəlxalq humanitar hüququn əsas və əhəmiyyətli hissələrindən biri olan, 2008-ci ildə Dublində qəbul edilmiş “Kasset tipli silah-sursatlar haqqında” Konvensiya, sənədə qoşulub-qoşulmamasından asılı olmayaraq, beynəlxalq birliyin üzvü olan bütün dövlətlərə belə silah-sursatdan istifadəni qadağan edir.

Konvensiyaya əsasən, sənədin qüvvəyə mindiyi gündən başlayaraq, ən geci 8 il müddətində bütün dövlətlər silahlı qüvvələrinin arsenalında olan kasset tipli silah-sursatları məhv etməliydilər. Konvensiyanın qəbul edildiyi tarixdən də bəlli olduğu kimi, bu müddət 2016-cı ildə başa çatıb. Konvensiya imzalandığı gündən isə belə silah-sursatlardan istifadə və onların satışı məlum olduğu kimi qadağan edilib. Bu baxımdan, Ermənistan hakimiyyəti təkcə kasset tipli silah-sursatı tətbiq etdiyinə görə deyil, həm də sözügedən konvensiyaya əməl etmədiyinə görə məsluliyyət daşıyır”.

Tarix
2020.10.30 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla