Yuxarı

Paşinyan Kremlə növbəti tələ hazırlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Kremlə növbəti tələ hazırlayır

Müharibə zamanı hərbi fəlakətin iki addımlığında olan Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın təkərinə “çomaq soxmağa” davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Hayeli.am saytı məlumat yayıb.

Sayt Paşinyanın Rusiyanı məğlubiyyətdə günahkar elan edəcəyini bildirərək yazır:

“İrəvan, 26 oktyabr 2020. “Ağrılı kompromislərə hazırıq, təslim olmağa deyil”, – Nikol Paşinyan.

Şuşa, 29 oktyabr 2020. “Düşmən Şuşadan 5 km məsafədədir”, – Arayik Arutyunyan.

Əlbəttə ki, bu xronologiya heç kimin xoşuna gələ bilməz. Lakin Paşinyanın bunu çox yaxşı bildiyinə şübhə etməyin. Onun növbəti addımı saxta hesablar vasitəsilə internetdə genişmiqyaslı bir prosesə başlayaraq, Rusiyanı günahlandırmaq olacaq.

Artıq bu gün paşinyanmeyilli feyklər Rusiya ilə əlaqəli olan hər kəsi geniş şərhlərlə ittiham edirlər. Yəni başlanğıcın təməli qoyulub.

İndi isə diqqət!

29 iyul 2019. Rusiya Federasiyası Ədliyyə Nazirliyi Atlantik Şurasını Moskva üçün “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib. Rusiya Federasiyasının Baş Prokurorluğu bu təşkilatın Rusiya konstitusiya quruluşunun əsaslarını təhdid etdiyi qərarına gəlib.

24 oktyabr 2020. Zöhrab Mnatsakanyan Atlantik Şurasının təşkil etdiyi vebinarda iştirak edib.

Bu, Rusiyanın Xarici İşlər naziri nizamlama prosesində fəal iştirak etdiyi vaxtda baş verir. Rusiyanın Müdafiə naziri də prosesdə fəal iştirak edir... Oktyabrın 30-da (Cenevrədə) görüş baş tutacaq... Erməni xalqı böyük ümidlə Rusiyanın reaksiyasını və müdaxiləni gözləyir... Əliyevin də açıq şəkildə söylədiyi kimi, Rusiyadakı diaspor bununla bağlı lobbi fəaliyyətini davam etdirir.

Bu, Paşinyanın hakimiyyətinin Rusiyanın əsas prinsiplərinə zidd olduğu yeganə hal deyil. Bunların sayı-hesabı yoxdur”, - mənbədə qeyd olunub.

Tarix
2020.10.30 / 17:00
Müəllif
Zaur, Xədicə
Digər xəbərlər

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

2023-cü ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla