Yuxarı

Azərbaycana elə silahlar satırıq ki... – Efraim Sne

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana elə silahlar satırıq ki... – Efraim Sne

İsrail və Azərbaycan strateji müttəfiqlərdir. Kimlərlə bizim əməkdaşlığımızı yalnız ticarət, neft, silahla əlaqələndirməyə çalışır. Ancaq bu, belə deyil, daha dərindir.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə nazirinin sabiq müavini Efraim Sne CBC-in xüsusi buraxılışında deyib.

“Biz yaxşı xatırlayırıq ki, yüz minlərlə azərbaycanlı Hitlerə qarşı savaşda meydanda olub. Onlar İsrail xalqının müdafiəsində böyük rol oynayıblar. Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Bizi birləşdirən çox möhkəm təməllər var”, - o bildirib.

E.Sinenin sözlərinə görə, Xəzər rejionu və Cənubi Qafqaz İsrail üçün böyük strateji önəm daşıyır və İsrail Azərbaycanı güclü və müstəqil görmək istəyir:

“İsrail Azərbaycana özünün ən yaxşı silahlarını satır və biz bunu gizlətmirik. Əksinə, bununla fəxr edirik”.

“Beynəlxalq birlik konfliktin həlli ilə bağlı 25-26 illik sülh danışıqlarında nə edib? Heç nə. Danışıqlar, vəssalam! Vasitəçilərin heç bir aktiv fəaliyyəti olmayıb. Beynəlxalq birlik konflikti həll etmək imkanında deyil və Azərbaycan öz torpaqlarını özü geri qaytarır. Heç kim Azərbaycanı buna görə ittiham edə bilməz. Sülh üçün Ermənistan işğal etdiyi bütün torpaqları Azərbaycana geri qaytarmalıdır. Bu, yeganə həlldir”, - sabiq nazir müavini deyib.

Tarix
2020.11.01 / 21:36
Müəllif
Əli Məmmədov
Oxunub
28 918
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla