Yuxarı

Co Bayden seçilsə, Bakı və Ankaraya... - Metyu Brayza

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikrimcə, keçmiş vitse-prezident Co Bayden prezident seçilsə, Azərbaycan və Türkiyəyə qarşı çox da dostyana mövqe sərgiləməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza ABŞ-dakı prezident seçkilərinin nəticələrinin Bakı-Vaşinqton münasibətlərinə mümkün təsirləri haqda danışarkən deyib.

Brayzanın sözlərinə görə, 2020-ci il ABŞ prezident seçkiləri tarixdəki ən rəqabətli seçkilərdən biridir:

“Kimin qalib gələcəyini demək çətindir... Qalib çox az səs fərqi ilə müəyyənləşəcək. Prezident Donald Tramp seçkini uduzarsa, nəticəylə bağlı məhkəmədə mübarizə aparacağını qeyd edib”.

Keçmiş səfir seçkilərdə Baydenin qalib gələcəyi təqdirdə bunun Azərbaycanla ABŞ arasındakı münasibətlərə hansı formada təsir göstərəcəyindən də danışıb:

“Bayden son bir neçə il ərzində Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə çıxışları ilə yadda qalıb. Dağlıq Qarabağ müharibəsi ərəfəsində verdiyi açıqlamaları zamanı Bayden Türkiyə və Azərbaycanı dəstəkləməyib. Təəssüf ki, o, bunu edərkən Azərbaycanın sadəcə BMT-nin TŞ-nin 4 qətnaməsindən irəli gələn müddəaları həyata keçirərək, öz ərazi bütövlüyünü bərpa etdiyini yaddan çıxarmışdı”.

Tarix
2020.11.04 / 17:06
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla