Yuxarı

Fransanın Türkiyə ilə Qafqaz “savaşı”... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişənin siyasi sferası hazırda davam edir. Gələcək perspektivdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də danışıqlara qoşulması mümkündür. Lakin Fransa sərgilədiyi ermənipərəst mövqe ilə nəinki danışıqlarda iştirak edə bilər, hətta həmsədr ölkələr arasından çıxarıla da bilər.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev deyib.

Politoloqun sözlərinə görə, fransız mediası Makronun Türkiyə və Rusiya sülhməramlılarının Qarabağda olmasından narahat olduğunu və ciddi şəkildə Brusselə təzyiq etdiyini yazır:

“Rusiya-Azərbaycan-Ermənistan dövlət başçılarının imzaladığı Bəyanata ilk gündən Fransa birmənalı yanaşmadı. Çünki faktiki olaraq münaqişə ATƏT-in Minks Qrupunun nəzarətindən çıxıb. Bu gün isə münaqişə ətrafında danışıqlar 2+2 formatında (Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan arasında) gedir. Fransa bütün bu proseslərdən ciddi narahatlıq keçirir.

Rəsmi Paris anlamır ki, Ermənistan istər Bəyanatı imzalamağa, istərsə də regiona rus sülhməramlılarının gəlişi ilə barışmağa məcbur olub. Əks halda Qarabağda bir nəfər belə erməni qalmaya bilərdi. Eyni zamanda Ermənistanın itkiləri qatbaqat çox olardı.

Fransa Türkiyənin regiona gəlişini və münaqişəyə müdaxiləsini həzm edə bilmir. Rəsmi Paris Ankara ilə digər regionlarda apardığı mübarizəni Qafqaza da daşımaq istəyir”.

Politoloq bildirib ki, Fransa Qarabağa beynəlxalq sülhməramlıların gətirilməsinə təkid edir:

“Müəyyən müddətdən sonra isə Qarabağın statusu haqqında müzakirələrdə Minsk Qrupu çərçivəsində danışıqlara başlanmasını istəyir. Məsələ ondadır ki, rus sülhməramlılarının regiona gəlişinə Azərbaycan tərəfi izn verib. Digər tərəfdən, sülhməramlılar 5 il ərzində bölgədə olacaq. Göründüyü kimi, bütün hər şey rəsmi Bakının iradəsi ilə baş tutub. Fransanın Qarabağa beynəlxalq sülhməramlıların gətirilməsi cəhdi isə heç bir halda qəbul ediləsi deyil. Çünki bu, faktiki olaraq bir ölkənin suveren haqlarının pozulmasıdır. Bu o vaxt ola bilər ki, Azərbaycan tərəfi razılıq versin. Hazırda Rusiya sülhməramlılarının regionda olması kifayət edir. Türkiyə hərbçilərinin regiona gəlişi isə yenə Azərbaycanın istəyi ilə baş tutur. Fransanın mövcud vəziyyətdə özünü aparıcı faktor kimi aparma cəhdi mənasızdır. Türkiyə və Rusiyanın vasitəçiliyi bəsdir”.

Tarix
2020.11.23 / 14:23
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla