Yuxarı

ADU Fransa səfirliyi ilə tədbiri təxirə saldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU Fransa səfirliyi ilə tədbiri təxirə saldı

Azərbaycan Dillər Universiteti (ADU) ilə Fransanın Azərbaycandakı səfirliyi arasında bir neçə ay əvvəl birlikdə keçirilməsi planlaşdırılan beynəlxalq konfrans ətrafında fikir mübadiləsi aparılıb.

ADU-dan Axar.az-a verilən məlumta görə, söhbət zamanı konfransa hazırlıq işlərinin normal getdiyini qeyd edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov bildirib ki, son vaxtlar Fransa rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanda böyük narazılığa səbəb olub.

Belə mövqe həm beynəlxalq hüquq baxımından, həm Fransanın Minsk qrupunun həmsədri kimi, həm də BMT TŞ-nın bu münaqişəsinin həllinə yönəlmiş dörd qətnaməsinə müəllifliyi baxımından ədalətli mövqe deyil, hətta Fransanın əvvəlki prezidentlərinin mövqeyinə də ziddir.

Belə mövqe bu gün Fransanın orden və medallarını daşıyan Azərbaycan vətəndaşlarını xüsusilə narazı salıb. Proses belə davam edərsə, onlar orden və medallardan imtina edərək onları qaytarmaq qərarına gəliblər.

Qondarma “dqr”in “müstəqilliyi”nin tanınması məsələsinin Fransa senatında müzakirəyə çıxarılması təklifi də ümumiyyətlə, Azərbaycanla Fransa arasında mövcud münasibətlərin ruhuna uyğun gəlmir və bu münasibətlərə zərbə vurur.

Beləliklə də Fransa tərəfinin indiki mövqeyi beynəlxalq konfransın keçirilməsinə şərait yaratmır. Konfransın keçirilməsinin Fransanın proseslərə mövqeyindən asılı olduğunu bildirən Novruz Məmmədov Universitet rəhbərliyinin qərarı ilə onun təxirə salındığını bildirib.

Tarix
2020.11.23 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla